Azərbaycanda koronavirus infeksiyasına 31 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 828 min 137-yə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 21 yoluxma faktı qeydə alınmışdı. Beləliklə, gündəlik yoluxma hallarının sayı təxminən 47,6% artıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Ölənlərin ümumi sayı 10 min 97 nəfər təşkil edir.
Virusa yoluxmuş 817 min 884 nəfər (sutka ərzində +36) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 156 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 min 830 (ötən gün 2 min 185 test), hazırkı dövrədək isə ümumilikdə 7 milyon 500 min 674 test aparılıb.**
R.Kərimov