2040-cı ilədək Azərbaycan əhalisinin sayı 12,5 milyon nəfərə qədər artacaq. KİV-lərin məlumatına görə, bu proqnozu baş nazir Əli Əsədov bu gün parlamentdə hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirib.
“2040-cı ilədək Azərbaycan əhalisinin sayının 12,5 milyona çatacağı proqnozlaşdırılır”, - deyə baş nazir bildirib.
2023-cü il fevralın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 131,4 min nəfər təşkil edir.
Əsədov, həmçinin mayda neftin 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş qiymətinin (1 barel üçün $50) artırılacağını istisna etməyib.*
Xəbərlər şöbəsi