Bu ilin mayında Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsini siyasiləşdirməyə cəhd edən bəzi hüquq müdafiəçiləri öz həmkarlarından müqavimət görəcəklər. Bu barədə Milli Məclisin deputatı, hüquq müdafiəçisi Çinqiz Qənizadə bəyan edib.
“Əgər qeyri-hökumət təşkilatları və ya hüquq müdafiəçilərindən kimsə bu cür hərəkət etsə (müsabiqəni siyasiləsdirmək – İF-Az), o zaman həmkarları – QHT-nın digər nümayəndələri və hüquq müdafiəçilərdən müvafiq cavab alacaq”, - deyə Ç.Qənizadə “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanda bəzi hüquq müdafiəçiləri siyasi məqsədlərlə “Eurovision” müsabiqəsini ləkələməyə çalışırlar.
Parlament üzvü hesab edir ki, Azərbaycanda mahnı müsabiqəsinin keçirilməsinin qeyri-mümkünlüyü barədə bəzi hüquq müdafiəçilərinin beynəlxalq təşkilatlara müraciətlər qəbul etmək niyyəti “qətiyyən yolverilməzdir”. “Onlardan bəziləri (hüquq müdafiəçiləri – İF-Az) Bakıda bu müsabiqənin keçirilməsini ləkələmək məqsədi ilə beynəlxalq təşkilatlara yalan məlumatlar göndərmək niyyətindədirlər”, - deyə parlament üzvü vurğulayı.
“Mən qəti surətdə mahnı müsabiqəsinin siyasiləşdirilməsinə qarşıyam, çünki bu müsabiqə mədəni tədbirdir”, - deyə o bəyan edib.
2011-ci ildə Düsseldorfda keçirilən “Eurovision” müsabiqəsinin qalibi Azərbaycandan olan Nigar Camal və Eldar Qasımov dueti olub. Qaydalara görə, 2012-ci ildə növbəti müsabiqə Bakıda keçiriləcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət