Yaşayış binalarında tüstü bacaları və ventilyasiya şaxtalarının vəziyyətinə görə abunəçilər məsuliyyət daşıyır. Bu barədə SOCAR şirkətinin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun əməyin mühafizəsi üzrə müavini Aydınbəy Amanov cümə axşamı mətbuat konfransında bəyan edib.
O məlumat verib ki, aşkar edilən qüsurları aradan qaldırmalı olan abunəçilərinin qaz qurğularını “Azəriqaz” ildə iki dəfə yoxlamalıdır.
“Təbii qazın istifadəsi ilə bağlı bədbəxt hadisələrin əksəriyyəti abunəçilərin günahı ucbatından baş verir. Bu yaşayış binalarında tüstü bacaları və ventilyasiya kanallarının havanı yaxşı çəkməməsi ilə əlaqədardır. Bu obyektlərin qənaətbəxş vəziyyətinə bilavasitə abunəçi nəzarət etməlidir”, - deyə A.Amanov bildirib.
Onun sözlərinə görə, abunəçilərin dəm qazından zəhərlənmələrinin mümkün səbəbləri yanlış qurulan və ya tıxanmış tüstü bacaları, həmçinin dezgün olmayan ventilyasiya ilə vanna otaqlarıdır.
O həmçinin məlumat verib ki, hazırda Bakıda mövcud 650 min abonentdən 200 min abonentin tüstü bacası yoxdur, bu isə bədbəxt hadisələrin baş verməsi üçün ciddi təhlükə yaradır.
Bundan başqa, direktor müavini vurğulayıb ki, abunəçilərə çatdırılan məişət qazı keyfiyyətinə görə lazımi texniki tələblərə uyğundur.
A.Amanov həmçinin qeyd edib ki, hazırda Bakıda və Abşeronda xarici şirkətlərlə birgə qaz təsərrüfatının təkmilləşdirilməsi layihəsi reallaşdırılır, bu isə 5-6 il ərzində abonentlərin qazdan istifadəsinin təhlükəsiz avtomatik sisteminin yaradılmasına imkan verəcək.
Onun sözlərinə görə ki, “Azəriqaz” İB cari payız-qış mövsümündə əvvəlki illərlə müqayisədə əhaliyə qaz təchizatının həcmini artırıb.
“Əgər 2010-2011-ci illərdə mövsümdə əhaliyə gündəlik 16-18 mln. kubmetr qaz verilirdisə, hazırki mövsümdə, xüsusilə əlverişsiz hava şəraitləri dövründə qazın verilməsi gündə 26 mln. kubmetrə qədər çatdırılıb”, - deyə A.Amanov qeyd edib.
O həmçinin məlumat verib ki, ölkə Prezidentinin tapşırığına uyğun olaraq, “Azəriqaz” İB ümumilikdə paytaxtda və respublikada qazlaşdırma səviyyəsinin artımı üzrə iş aparır.
“Gözlənildiyi kimi, bu işlər nəticəsində Bakının qazlaşdırma səviyyəsi 99%-ə qədər çatdırılacaq”, - deyə A.Amanov vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət