“Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası ədəbi-publisistik və şer müsabiqələri təşkil edəcək. Bu barədə bazar ertəsi “İnterfaks-Azərbaycan” agentliyində keçirilən mətbuat konfransında Assosiasiyanın sədri Həsən Quliyev məlumat verib.
“Azərbaycan dəyişən dünyada” adlı müsabiqəni biz Bakıda keçiriləcək “Eurovision -2012” mahnı müsabiqəsi ilə eyni vaxta salmaq qərarına gəldik. Bizim müsabiqənin nəticələrinə əsasən mayın ortalarında satışa çıxarılacaq kitab nəşr ediləcək”, - deyə H.Quliyev bildirib.
Onun sözlərinə görə, ikinci müsabiqə - “ Bakı haqqında ən yaxşı şer” müsabiqəsidir.
“Artıq bizə 100-ə yaxın əsər göndərilib. Müsabiqə əsərləri anonim qaydada, 10 ballıq sistemlə qiymətləndiriləcək.Qaliblərin mükafatlandırılması və kitabın nəşri mayın ortalarına qədər baş tutacaq”,- deyə H.Quliyev qeyd edib.
Bu müsabiqədə iştirak etmək istəyənlər martın 20-dən gec olmayaraq əsərlərini m_marina@list.ru elektron ünvanına göndərə bilərlər”,- deyə o qeyd edib.
Bu il müsabiqəyə “İnterfaks-Azərbaycan” agentliyinin baş direktoru Aleksandr İvanov, Azərbaycan Parlamentinin deputatları Elmira Axundova və Mixail Zabelin tərəfindən maliyyə dəstəyi, “İnterfaks-Azərbaycan” informasiya agentliyi, eləcə də “Kaspi”, “Zerkalo” və ”EXO” qəzetləri tərəfindən informasiya dəstəyi göstərilir.
Müsabiqəyə respublikanın keçmişi və indisi, problemləri və nailiyyətləri, tarixi və mədəniyyətini təsvir edən analitik məqalələr, oçerklər, esselər qəbul edilir.
Həcmi 1 çap vərəqindən çox olmayan işlər (40 min çap işarəsi) “Müsabiqəyə” qeydi ilə təqdim edilməlidir.
Aprelin 5-dək uzun siyahı (20 ən yaxşı iş ) dərc ediləcək.
Təşkilatın rəhbəri qeyd edib ki, Assosiasiya Azərbaycan dramaturqu Mirzə Fətəli Axundovun 200 illik yubileyinə həsr olunmuş “Axundov və rus ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirməyi planlaşdırır.
“Bizim təşkilatımızın fəaliyyəti çox cəhətlidir. O ədəbiyyat sahəsində bütün problemlərin həllini nəzərdə tutur. Bizim başlıca məqsədimiz isə Rusiya və Azərbaycan arasında ədəbi əlaqələri inkişaf etdirmək, Azərbaycanda çalışan rusdilli yazarları dəstəkləməkdir”,- deyə H.Quliyev bəyan edib.
“H.Quliyev bildirib ki, Assosiasiyanın gücü ilə “M.F.Axundov və rus ədəbiyyatı” adlı kitab nəşrə hazırlanıb, Azərbaycanın şəhərlərində rus dili üzrə ustad dərsləri keçirilir. Assosiasiyanın xaricdə 50 nəfər, bir o qədər də Azərbaycanda üzvü var.
Bundan başqa, 2010-cu ildən “Luç” rus dilində ən yaxşı hekayə üzrə beynəlxalq müsabiqə keçirir. “Bizə 16 ölkədən 200-ə yaxın əsər göndərilir. Əsərlərin qiymətləndirilməsi zamanı böyük işlər aparılır”,- deyə o bildirib.
Onun sözlərinə görə sözügedən müsabiqənin yekunlarına əsasən, “Ötüb keçən qatar” adlı kitab nəşr edilib. Kitabda mükafat alanların və jüri üzvlərinin əsərləri dərc edilib.
"Luç" Azərbaycan Mədəniyyət Xadimləri Assosiasiyası altı ildən çoxdur fəaliyyət göstərir.
Bu vaxt ərzində Assosiasiya Azərbaycanda rus dilinin qorunması və inkişaf etdirilməsində maraqlı olan şəxsləri: Bakı universitetlərinin rus dili üzrə ədəbiyyatşünasları və dilşünaslarını, rusdilli dövrü mətbu orqanlarının jurnalistlərini, həvəskar səviyyədə və ya peşəkar ədəbiyyatla məşğul olan yaradıcı adamları, eləcə də kino sənəti ilə maraqlananları öz rəhbərliyi altında toplaya bilib.
Altı il ərzində “Luç"Assosiasiyası dünya ədəbiyatı və kino ulduzlarının bu və ya digər yubiley tarixlərinə həsr olunmuş müxtəlif tədbirlər keçirib.
“Luç”Assosiasiyası biri rus, ikisi gürcü müəllifləri ilə birgə olmaqla 20 nəsr, poeziya və publisistika antologiyası nəşr etdirib.
“Luç” assosiasiyasının www.luch-az.com adlı saytı var.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
“Rosselxoznadzor” 2024-cü ildə Azərbaycanda toxumların sınaq laboratoriyasının auditini keçirəcək
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət