Azərbaycan hökuməti 2020-ci ilə qədər ümumi enerji istehlakı həcmində alternativ enerji mənbələrinin payını 9,7%-ə qədər çatdırmağı planlaşdırır. Bu barədə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov məlumat verib.
“Azərbaycan 2020-ci ilə qədər ümumi enerji istehlakı həcmində alternativ enerji mənbələrinin payını 2,3%-dən 9,7%-ə qədər artırmağı qarşısına məqsəd qoyub. Bu alternativ energetikası sahəsində ümumi gücü 2 500 MVt olan yeni enerji qurğularının quraşdırılması hesabına mümkün olacaq”, - deyə C.Məlikov Azərbaycan və Avropa arasında əməkdaşlığa həsr edilən külək enerjisindən istifadə məsələlərinə dair seminarda bildirib.
Onun sözlərinə görə, proqnozlara əsasən, 2015-ci ilə qədər Azərbaycanda külək energetikasının xüsusi çəkisi istifadə edilən alternativ enerji mənbələrinin ümumi həcmində 50%-ə çatacaq, lakin 2020-ci ilə qədər günəş enerjisi istehsalı həcmlərinin artımına görə, bu göstərici 32%-ə qədər azalacaq.
C.Məlikov məlumat verib ki, alternativ energetikanın inkişafı sahəsində Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığı uğurla inkişaf etdirir.
“Bu sahənin inkişafı və 14 mln. avro məbləğində Avropa İttifaqının qrantı hesabına fərdi investorların cəlb edilməsi üçün lazımi qanunverici bazanın formalaşması, onun Avropa ilə unifikasiyası üzrə iş aparılır. Bundan başqa, pilot layihələri reallaşır və müvafiq kadrların hazırlığı üçün tədris mərkəzləri formalaşdırılır”, - deyə C.Məlikov qeyd edib.
Onun sözlərinə görə, həmçinin Azərbaycan hökuməti alternativ energetika sahəsi üçün müəyyən dövlət maddi yardımlarının ayrılması və ya xarici şirkətlərin Azərbaycanda fəaliyyəti üçün əlverişli şəraitin yaradılması üçün xüsusi güzəştli tarifin təqdim edilməsi məsələlərini həll etməlidir. “Bu məsələlərin həlli Azərbaycanda alternativ enerjinin inkişaf templəri kəskin artacaq”, - deyə C.Məlikov qeyd edib.
Agentliyin direktor müavini vurğulayıb ki, 2012-ci ilin iyuluna qədər Dövlət Agentliyi Azərbaycan Prezidentinə 2012-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası layihəsini təqdim edəcək.
“Biz 2020-ci ilə qədər alternativ elektrik enerjisinin inkişaf strategiyasının hazırlanması üzrə böyük iş apardıq. Cari ilin iyuluna qədər bu sənəd təsdiq edilmək üçün ölkə Prezidentinə təqdim edilməlidir”, - deyə C.Məlikov bildirib.
Bundan başqa, o əlavə edib ki, “Alternativ enerji haqqında” qanun layihəsinin hazırlanması üzrə iş davam etdirilir və güman edilir ki, 2012-ci ilin sonuna kimi sənəd parlamentə təqdim ediləcək.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət