Naxçıvan Muxtar Respublikasının (MR) bütün yaşayış məntəqələri və istehsal sahələri təbii qazla fasiləsiz təchiz olunur.Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan –Sədərək və Naxçıvan -Cəhri -Şahbuz kəmərlərin inşasının başlanması və qaz kəmərləri layihələrinin təqdimatında belə bildirib
“Bu layihələr Naxçıvan MR üçün vacib əhəmiyyət daşıyır”,- deyə V.Talıbov qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanda qazlaşdırma prosesinə ulu öndərimizin ölkəmizə rəhbərliyinin birinci dövründə – ötən əsrin 70-ci illərində başlanıb, həmin vaxt Naxçıvana da qaz xətti çəkilib və yaşayış məntəqələrinin 52 %-i qazlaşdırılıb . Lakin 1990-cı illərdə Ermənistanın törətdiyi müharibə nəticəsində MR blokada vəziyyətinə düşmüş, elektrik və qaz xətləri kəsilmişdi.
“Ölkə Prezidenti İlham Əliyevin qayğısı sayəsində 2005-ci ildə yenidən MR-ə təbii qazın verilməsinə başlanıb və 2 il müddətində qazlaşdırma prosesi başa çatdırılıb. Bu gün Naxçıvanın bütün yaşayış məntəqələri, hərbi hissələr, istehsal müəssisələri fasiləsiz olaraq təbii qazla təmin edilir.”,- deyə Naxçıvan MR-in rəhbəri söyləyib.
O qeyd edib ki hazırda mövcud olan Naxçıvan –Sədərək və Naxçıvan Şahbuz qaz kəmərləri 1978-ci ildə istifadəyə verilib və müasir tələblərə cavab vermir.”Yeni qaz kəmərlərinin çəkilməsi texniki itkilərin qarşısını alacaq, təbii qazdan daha səmərəli istifadəyə şərait yaradacaq.
Yeni xətlərə 25-30 atmosfer, zərurət yarandıqda isə 75 atmosferə qədər təzyiqdə qazın vurulması mümkün olacaq.. Bu da yay aylarında 30 gün, qış aylarında isə 10-12 gün müddətinə qaz ehtiyatının yaradılmasına və ondan səmərəli istifadə edilməsinə imkan verəcək. Ali Məclisin sədri bildirib ki, 40 milyon manata yaxın vəsaitin sərf ediləcəyi bu layihənin həyata keçirilməsi Naxçıvan sakinlərinin etibarlı və dayanıqlı qaz təminatında mühüm rol oynayacaq.
Naxçıvan – Sədərək qaz kəmərinin uzunluğu 81,6 km ,Naxçıvan - Cəhri – Şahbuz qaz kəmərlərinin uzunluğu 27 km-dir . Kəmərlərin inşasında Türkiyədə istehsal edilmiş izolyasiyalı , diametri 559 mm və 273 mm olan metal borulardan istifadə ediləcək. Naxçıvan –Sədərək qaz kəməri ilə yay aylarında hər gün 80 min kubmetr, qış aylarında 360 min kubmetr , Naxçıvan Cəhri - Şahbuz qaz kəməri ilə isə müvafiq olaraq 40 min və 160 min kubmetr qaz nəql etmək mümkün olacaq.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət