Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə dəyişikliklər edilməsi ilə bağlı müvafiq qanun layihəsi Milli Məclisə təqdim olunub. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
"Layihə dövlət büdcəsinin gəlir və xərcləri üzrə proqnozların 600 mln. manat artırılmasını nəzərdə tutur. Gəlirlər 17 mlrd. 38 mln. manata, xərclər isə 17 mlrd. 672 mln. manata çatdırılacaq", - deyə məlumatda qeyd olunur.
Dövlət büdcəsinin kəsiri 634 mln. manat və ya ÜDM-nin 1,45%-i səviyyəsində qalacaq.
Dövlət büdcəsinə əlavə daxilolmalar iqtisadiyyatın neft və qeyri-neft sektoru üzrə əlavə vergi daxilolmaları hesabına təmin ediləcək.
Əlavə xərclər mayın əvvəlində baş vermiş zəlzələ nəticəsində Zaqatala, Qax, Balakən və Şəki rayonlarının ziyan dəymiş sosial-iqtisadi infrastrukturlarının bərpasına yönəldiləcək.
Əlavə xərclərin bir hissəsinin bölgələrdə daşqınların nəticələrinin aradan qaldırılması, Bakı şəhərinin bir sıra ərazilərində müəyyən edilmiş sürüşmə zonalarında müvafiq tədbirlərin görülməsi məqsədilə əlavə maliyyə təminatının yaradılması üçün nəzərdə tutulur.
Eyni zamanda, əlavə xərclər Bakı şəhərinin ətraf ərazilərində və onun kəndlərində qrunt sularının səviyyəsinin qalxması ilə bağlı tədbirlərin görülməsi, ekoloji və sanitar durumun yaxşılaşdırılması üçün istifadə olunacaq.
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin gəlirləri 16 mlrd. 438 mln. manat, xərcləri 17 mlrd. 72 mln. manat səviyyəsində təsdiqlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət