Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsinin parametrlərinə dəyişikliklərin daxil edilməsinə zərurət obyektiv proseslərlə əlaəqdardır. Bu barədə Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə çərşənbə axşamı bəyan edib.
“2012-ci ildə Azərbaycanın dövlət büdcəsinə planlaşdırıldığından artıq vəsait daxil olacaq. Bundan başqa, əlavə vəsait tələb edən təbii fəlakətlərlə bağlı müəyyən şəraitlər olub. Dövlət büdcəsinə dəyişikliklərin daxil edilməsi zərurəti bununla diktə edilib”, - deyə Z.Səmədzadə parlamentdə “2012-ci il üçün dövlət büdcəsi haqqında” qanuna dəyişikliklərin müzakirəsi zamanı bildirib.
Onun sözlərinə görə,düzəlişlər layihəsi 2012-ci il üçün dövlət büdcəsinin təsdiq edilən gəlir və xərclərin 600 mln. manat artmasını nəzərdə tutur.
Maliyyə naziri Samir Şərifov layihənin müzakirəsi zamanı vutğulayıb ki, bu düzəlişlər nəzərə alınaraq büdcə gəlirləri 17 mlrd. 38 mln. mаnаt, xərcləri - 17 mlrd. 672 mln. manatadək təşkil edəcək. Bununla yanaşı, ilkin proqnozlarla müqayisədə dövlət büdcəsinin gəlirləri 3,7%, xərcləri - 3,5% artacaq.
Dövlət büdcəsinin kəsiri 634 mln. mаnаt və ya ÜDM-nin 1,4% səviyyəsində saxlanacaq.
S.Şərifov qeyd edib ki, əlavə büdcəsi gəlirləri Vergilər Nazirliyinin xətti ilə neft və qeyri-neft sektorunun vergi daxilolmaları hesabına təmin ediləcək.
Düzəlişlər neftin qiymət proqnozunun bir barrel üçün $80-dən $100-dək artmasını nəzərdə tutur.
Öz növbəsində, əlavə xərclər cari ilin may ayında zəlzələdən zərər çəkən Zaqatala, Qax, Balakən və Şəki rayonlarının sosial-iqtisadi infrastrukturunun bərpasına yönəldiləcək.
Bundan başqa, əlavə xərclərin bir hissəsini 2010-cu və 2012-ci illərdə Azərbaycanın regionlarında daşqınların nəticələrinin aradan qaldırılmasına, Bakının bəzi rayonlarında sürüşmələrin nəticələrinin aradan qaldırılmasının maliyyələşdirilməsinə istifadə etmək planlaşdırılır. Bu məqsədlərə, xüsusilə 50 mln. manat yönəldiləcək.
Ümumilikdə, əlavə büdcə xərclərindən 350 mln. manat Azərbaycan regionlarında fövqəladə halların, yəni zəlzələ, daşqın və digər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına yönəldiləcək.
Əlavə xərclərin bir hissəsi Bakı şəhərinin ətraf ərazilərində su təchizatının yaxşılaşdırılmasına, qrunt suları ilə mübarizəyə, Bakı kəmdləri və qəsəbələrdə ekoloji və sanitar durumun yaxşılaşdırılmasına yönəldiləcək. Bu məqsədlərə 200 mln. manatdan çox vəsait ayrılacaq.
Bundan başqa, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə 45 mln. manat yönəltmək planlaşdırılır.
“Ümumilikdə, bu tədbirlərin maliyyələşdirilməsinə 690 mln. manat vəsait lazımdır. Bununla yanaşı, 600 mln. manat əlavə büdcə gəlirləri hesabına ödəniləcək. Hökümət daha 90 mln. manatı cari maddələr üzrə xərclər proqnozunun təkrar baxılması hesabına tapmağı planlaşdırır. Xüsusilə, 50 mln. manat xarici borcun baxılması üzrə xərclər, daha 40 mln. manat – təşkilatların düdcədənkənar xərclərin azalması hesabına qənaət ediləcək”, - deyə maliyyə naziri qeyd edib.
Xəbər verildiyi kimi, Azərbaycanın 2012-ci il üçün dövlət büdcəsinin gəlirləri 16 mlrd. 438 mln. manat, xərcləri 17 mlrd. 72 mln. manat səviyyəsində təsdiqlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət