Milli Məclis çərşənbə axşamı keçirilən plenar iclasda 2011-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatı təsdiq edib.
"2011-ci ildə dövlət büdcəsinin vəsaitlərinin səmərəli istifadəsi təmin edilib, makroiqtisadi sabitlik qorunub saxlanılıb”, - deyə Azərbaycanın dövlət büdcəsinin icrası haqqında hesabatı təqdim edən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirib.
2001-ci illə müqayisədə 2011-ci ildə dövlət büdcəsinin gəlirləri 4 dəfə artıb. "Ötən il dövlət büdcəsinin gəlirləri ÜDM-in təxminən 31%-ni təşkil edib", - deyə o əlavə edib.
2011-ci ildə dövlət büdcəsinin gəlirləri 15 mlrd. 700 mln. 702,182 min manat təşkil edib ki, bu da 2010-cu ilin göstəricisindən 37,7% çoxdur.
Onun sözlərinə görə, 2011-ci ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 5 mlrd. 472 mln. manat, Dövlət Gömrük Komitəsinin xətti ilə - 1 mlrd. 142 mln. manat, Dövlət Neft Fondundan transfertlər – 9 mlrd. manat təşkil edib.
Komitə sədri əlavə edib ki, 2011-ci ildə Azərbaycan hökuməti bütün dövlət proqramlarının, kənd təsərrüfatı sektorunun maliyyələşdirilməsini təmin edib, pensiyaların, əmək haqlarının artırılmasına yönəlmiş tədbirlər həyata keçirib, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə sahibkarlara güzəştli kreditlərin verilməsi üçün vəsaitlər ayırıb.
Ötən il dövlət büdcəsinin xərcləri 15 mlrd. 397 mln. 522,021 min manat təşkil edib və 30,9% artıb.
Z.Səmədzadə qeyd edib ki, 2011-ci ildə təhsil, səhiyyə və elm sahələrinin büdcədən maliyyələşdirilmə həcmi artıb. Bundan başqa, Azərbaycanın regionlarının inkişafı üçün tədbirlərin maliyyələşdirilməsi təmin edilib.
Maliyyə naziri Samir Şərifov vurğulayıb ki, dövlət büdcəsinin xərclərinin strukturunda 7 mlrd. 115 mln. manat və ya bütün xərclərin 46,5%-i cari, 7 mlrd. 938 mln. manat və ya 51,3% – əsaslı, 344 mln. manat və ya 2,2% dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclərin payına düşüb.
Onun sözlərinə görə, 2011-ci ildə dövlət büdcəsinin sosial xərclərinin həcmi 4 mlrd. 340,3 mln. manat və ya bütün büdcə xərclərinin 28,2%-ni təşkil edib. 2010-cu illə müqayisədə dövlət büdcəsinin sosial xərclərinin həcmi 637,2 mln. manat və ya 17,2% artıb.
2011-ci ildə müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə dövlət büdcəsindən 2 mlrd. 663 mln. manat yönəldilib ki, bu da 2010-cu ilin göstəricisindən 24% çoxdur.
Ötən il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 210 mln. manat məbləğində vəsait istifadə edilib.
2011-ci ildə Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətinin təmin edilməsinə 51 mln. manat, respublikada beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsinin maliyyələşdirilməsinə 18 mln. manat yönəldilib.
Nazir vurğulayıb ki, 2011-ci ilin yekunları üzrə Azərbaycanın dövlət büdcəsinin profisiti 303 mln. 180,161 min manat (ÜDM-in 0,6%-i - İF-Az) təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət