Iran azərbaycanlıları bu ölkənin digər etnosları fonunda yalnız sayca deyil, həm də güclü millətçilik hissi ilə seçilirlər. Bunu Rusiya Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı, tarix elmləri namizədi Lana Ravandi-Fədai qeyd edir.
“Iran azərbaycanlıları güclü milli eynilik hissi ilə fərqlənirlər. Məhz onlar Qacarlar zamanı, Konstitusiya və digər dövrlərdə mərkəzi hakimiyyətə qarşı mübarizə aparıblar”, - deyə o “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, azərbaycanlılar İranda ən iri etnosdur, bəzi məlumatlara əsasən, bu ölkədə azərbaycanlılar 18 mln. nəfər təşkil edir. L.Ravandi-Fədai qeyd edib ki, İranda çoxlu sayda azərbaycan dilində nəşrlər dərc edilir, bu dildə 11 mindən artıq kitab buraxılıb. Bununla yanaşı, alim 2005-ci ildə İranda konstitusiya inqilabının 100 illiyinə həsr edilən Tehran və Təbrizdə konfransda iştirakını xatırlayıb. “Məni ilk olaraq təəcübləndirən o lub ki, konfrans ölkənin ali rəhbərliyinin iştirakı ilə duadan sonra Abbas Səhhətin Azərbaycana məhəbbətindən bəhs edən “Mənim vətənim” şeri ilə başlayıb. Sonra, İran azərbaycanlıları ilə ünsiyyətdə mən onların millətləri ilə necə fəxr etdiklərinin şahidi oldum. Mən bu cür fəxr hissini hətta Azərbaycanda azərbaycanlılar arasında görməmişəm. Onlar öz xalqını, torpaqlarını, dillərini çox sevirlər. Onlar İranda digər etnoslardan güclü millətçilik hissi ilə seçilirlər”, - deyə alim qeyd edib.
Onun sözlərinə görə, azərbaycanlılar İranın dörd əyalətində (astanalarda), həmçinin ölkənin digər iri şəhərlərdə yaşayırlar. Bununla yanaşı, onlar siyasi və iqtisadi sahələrdə kifayət qədər güclü mövqe tuturlar.
Bununla belə, tədqiqatçı İranda bir çox azərbaycanlı uşaqların dövlət dili olan fars dilini bilməmələri probleminin mövcudluğunu qeyd edib. Bu isə həmin uşaqlara orta və ali təhsil almağa mane olur.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət