“İntefaks -Azərbaycan”agentliyinin Federal Antiinhisar Xidmətinin rəhbəri İqor Artyomovla müsahibəsi
-Öncə sizi Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şuranın (ASDŞ) sədri vəzifəsinə seçilməniz münasibəti ilə təbrik etmək və sədrlik edəcəyiniz müddətdə fəaliyyət planınız haqqında bilmək istərdim.
- Təbrik üçün təşəkkür edirəm.Mən artıq 7 ildir bu vəzifədəyəm.Planlar dəyişilməz olaraq qalır: yəni nəzərdə tutduğumuz məqsədə davam etmək: MDB şərçivəsində birgə araşdırmalar üzrə Qərargahın fəaliyyətinə nəzarət edəcək, rəqabət məsələlərində məsələləri MDB ölkələrinin iqtisadi şurasına, hökumət başçılarına və hətta dövlət başçıları səviyyəsinə çıxarmaqla bizim hökumətlərə kömək edəcəyik.Bizim artıq bu sahədə təcrübəmiz var.Biz ölkələrimiz arasında hava rabitəsinin liberallaşdırılması məsələlərinə də böyük diqqət ayırırıq.Bundan başqa, rouminq problemlərinə xüsusi diqqət ayrılacaq.Rouminq sayəsində mobil telefon danışıqlarının qiyməti bir neçə dəfə aşağı düşüb.Bundan başqa, Gömrük İttifaqına üzv dövlətlərin- RF, Qazaxıstan,Belorusun qanunvericiliyinin harmonizasiyasını biz öz qarşımıza məqsəd qoymuşuq.
Bunun sayəsində demək olar ki, tezliklə vahid antiinhisar qanunvericilik olacaq.Əsas odur ki, bu qanunvericilik milli qanunvericiliklərdən çox fərqlənməsin.
-Bizə məlum olduğu kimi, harmonizasiya prosesi başa çatdırıldıqdan sonra Gömrük İtiffaqına üzv ölkələrin vahid antiinhisar orqanı yaradılacaq.Bu orqan nə vaxt yaradılacaq?
-O təxminən bir il sonra yaradılacaq,Əslində bu orqan demək olar ki, Avrasiya Komissiyasında departament formasında mövcuddur.Lakin, o hələ ki, antiinhisar işlərinə baxmır və araşdırmalar aparmır.Bir il sonra bu mümkün olacaq.Yəni milli orqanlar qalacaq və milli bazar məsələləri ilə məşğul olacaqlar, beynəlxalq xarakterli pozuntular olduqda isə məsələn deyək ki, hansısa monopolist şirkət üç ölkədə müvəqqəti olaraq benzinin qiymətini qaldırarsa, və ya beynəlxalq kartel olarsa bununla yalnız fövqəladə səlahiyyətə malik Avrasiya Komissiyası məşğul olacaq.O həmçinin,təhqiqatlar aparacaq bu fırıldaqçıları izləyəcək və məhkəmələr vasitəsi ilə onları məsuliyyətə cəlb edəcək.Bir sözlə, biz hər işi beynəlxalq səviyyədə görürük.
-ASDŞ-nin mobil operatorlarının tariflərinin araşdırılması üçün yaradılmış işçi qrupunun nə ilə məşğul olacağı barədə ətraflı danışın.
-Əslində biz çoxdan bu işi aparırıq.Lakin avropalıların tariflərinə baxsaq, görərik ki, onlar bizdə olduğundan bir neçə dəfə ucuzdur.Buna görə biz Bakıda ASDŞ-nin XXXVI-cı qurultayında Qərargah çırçivəsində araşdırmalar aparmağın lazım olduğu barədə razılığa gəldik.RF və Qazaxıstan buna çox operativ reaksiya göstərdilər və qərar çıxartdılar:məhkəməlr oldu və şirkətlər cərimələndilər.Bundan sonra tariflər müvafiq olaraq 2,4 və hətta 6 dəfə azaldı.Bundan başqa,biz Rusiya miqyasında bir çox- xüsusən, internet qiymətlərinin tənzimlənməsi üzrə
tədbirlər görmüşük. Artıq Ukrayna və Tacikistan bizə qoşulub.Lakin qeyd etməliyəm ki, hər şey eyni səviyyədə alınmadı, daha doğrusu bizim ölkələrimiz arasında heç bir problem yox idi, eləcə də Avropa ölkələri ilə.Ancaq hər il yayada təxminən 2 mln. vətəndaşımızın dincəldiyi Türkiyə ilə nəticə əldə edilmədi.O zaman bizim ölkələrimizlə birgə bu istiqamətdə işçi qrup yaratmağı Türkiyə tərəfindən xahiş etdik.Bunu şərti olaraq Qara dəniz istiqamətində işçi qrup adlandırmaq olar.Biz dialoqu davam etdirmək və istehlakçılar üçün müsbət nəticələr əldə etmək istəyirik.Hər halda rouminqdə danışıqlar üçün şirkətlərin yüksək qiyməti saxlaması ədalətsizlikdir.Ölkələr daxilində biz nisbətən nizam - intizam yaratmışıq.
-Başqa istiqamətlərdə də işçi qrupların yaradılacağını gözləmək olarmı?
-Bizdə kifayət qədər işçi qruplar var. Düşünürəm ki, ilk növbədə onların fəaliyyərtini gücləndirmk lazımdır.Bu qrupa telekommunikasiya, hava daşımaları, taxıl bazarı, kartellərlə mübarizəyə dəstək,riteyl,ərzaq bazarı və s. sahələrdə qrupları aid etmək olar
-RF və Azərbaycanın antinhisar orqanları arasında qısa paralel apara bilərsinizmi?
-Əsas parelel odur ki, burada inkişaf etmiş qanunvericilik var. Bundan başqa,orqanlar irəliləyərək çalışırlar.FAX-ın antiinhisar tənzimləmə sahəsində səlahiyyətləri daha çoxdur, çünki biz 2006-cı ildə radikal dəyişikliklər etdik, Azərbaycanda hələ bu mümkün olmayıb.Buna görə biz istehlakçıların hüquqlarını qoruyaraq və antiinhisar təhqiqatlar apararaq səylə işləyirik.Polislə kooperasiya lazımdır. yəni cinayətkarın ələ keçirilməsi ilə polis məşğul olmalıdır.Əlbəttə, bu bizim polislə yaxşı əməkdaşlıq praktikamıza mane olmaz
-Siz həmçinin, İnterpolun beynəlxalq kartel təhqiqatlarına cəlb edilməsinin mümkün oduğunu demisiniz?
-Mən bunu bir ideya olaraq söyləmişəm. Çünki, BMT-nin “Cinayətkarlıqla qarşılıqlı mübarizə haqqında” Konvensiyası var.Yəni, əlavə heç nə etmək lazım deyil, sadəcə İnterpola müraciət edirsən.Lakin,əvvəlcə biz MDB-də etdiyimizi etməliyik- sübut toplamalıyıq.Avrasiya Komissiyası işə başladıqdan sonra bu istiqamətdə konkret addımlar gözləmək olar.Cinayətkarlıqla qarşılıqlı hüquqi mübarizə üzrə əməkdaşlığın elementləri var. Lakin genişmiqyaslı millətlərarası təhqiqatlar aparılmayıb .Belə deyək, əvvəlcə biz öz “cinayətkarlarımızi” həbsxanaya göndərəcəyik , sonra beynəlxalq səviyyəyə çıxacağıq.Amma, mən bunu tezliklə gözləmirəm, bunun üçün illər lazımdır.
-ASDŞ-nin XXXVI iclası çərçivəsində Avstriyanın antiinhisar orqanları ilə əməkdaşlığa dair Memorandum imzalanması gözlənilirdi.Sənəd imzalandımı və analoji sənədin digər ölkələrlə də imzalanması mümkündürmü?
-Hələ ki ,Memorandumun mətni razılaşdırılıb,lakin imzalanmayıb.Çünki,Qırğızıstan nümayəndə heyəti bizə müraciət etdi , biz Ukraynada keçiriləcək növbəti iclasda təsdiq etmək üçün onlara sənədlə tanış olmaq imkanı yaratdıq .
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət