Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB) ticarət-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün Azərbaycan, Türkiyə və Fransa iş adamları arasında yeni platformanın formalaşdırılması tərəfdarıdır.Bu barədəATİB-in məlkumatında bildirilir.
“ATİB iqrisadi əməkdalıq üzrə TAF-Türkiyə, Azərbaycan Fransa platformasını formalaşdırmağı təklif edir”,- deyə təşkilatın idarə heyətinin sədri Camal Yanğına istinadən bildirilir.
C.Yanğın İstanbulda “Azərbaycan, Gürcüstan, İraq,Qazaxıstan və Türkmənistanda biznes mühit və ticarət imkanları”mövzusunda beynəlxalq konfransda iştirak edib.Konfransa Türkiyə Fransa Dərnəyi və Fransa Beynəlxalq Biznes İnkişaf Agentliyinin Türkiyə nümayəndəliyi (UBİFRANCE) təşkilatçılıq edib
O qeyd edeib ki, üç ölkənin biznes qurumları aktiv əməkdaşlıq etməlidirlər.
“Fransa şirkətləri Türkiyə vasitəsi ilə Azərbaycan bazarına çıxa bilərlər.Fransa siyasətçiləri iş adamlarının maraqlarını nəzərə almalıdırlar.Beləki erməni diasporunun təsiri altında “Erməni soyqrımı” məsələsinin aktuallaşdırılması yalnız fransanın Türkiyədəki biznesinə deyil, Azərbaycandakı fəaliyyətinə də təsir göstərir”,- deyə ATİB başçısı qeyd edib.
Onun fikrincə, Azərbaycan iqtisadiyyatında Türkiyə şirkətlərinin rolu artır.”Türkiyə şirkətləri Azərbaycanın neft sektorunun əsas sərmayəçilərinə çevriliblər.Bundan başqa,onlar məşğulluq sahəsində də əsas rol oynayırlar”,- deyə C.Yanğın əlavə edib.
“Eləcə də enerji sektoruna qarşılıqlı investisiyalar qoyulur.Məsələn, TRAO Azərbaycan bazarında SOCAR şirkətinin Türkiyə bazarında olduğu kimi fəaldır.”SOCAR- TURCAS”Birgə Müəssisəsi “STAR Rafinerisi" kompleksinin tikintisi ilə məşğul olur, bu layihəyə $5,5 mlrd. məbləğində vəsait qoyulacaq.
Azərbaycan və Fransa arasında münasibətlrin inkişaf dinamikası barədə danışan ATİB rəhbəri bildirib ki, Azərbaycanın mal dövriyyəsinin 30%-i Fransanın payına düşür.
Azərbaycanda 1742 aktiv türk şirkəti, Türkiyədə 1044 Azərbaycan şirkəti fəaliyyət göstərir.Türkiyənin stasistikasına əsasən 2011-ci ildə Türkiyə mallarının Azərbaycana ixracının həcmi $2 mlrd. təşkil edib.
ATİB 2004-cü ilin aprel ayında Azərbaycan və Türkiyə sahibkarlıq fəaliyyəti subyektlərinin nümayəndələri tərəfindən yaradılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət