“AXA Mbask” Fransa Azərbaycan sığorta şirkəti 2012-ci ilin əvvəlindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə təxminən 250 min manat ödəniş edib. Bu barədə şirkətdən məlumat verilib.
Məlumatda qeyd olunur ki, “AXA Mbask” ilk dəfə üçüncü tərəfin ölümü ilə nəticələnən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə iki sığorta ödənişi həyata keçirib.
Sığortanın bu növü üzrə aprelin 25-də Bakı şəhərində baş verən yol-nəqliyyat hadisəsi üzrə ödəniş həyata keçirib. 5 min manat məbləğində sığorta ödənişi şirkət tərəfindən ölən uşağın anasına verilib.
Ikinci yol-nəqliyyat hadisəsi iyunun 11-də Siyəzən rayonunda baş verib. Bu hadisə ilə əlaqədar şirkət qəzada həlak olan qadının varisinə 5 min manat ödəniş edib.
“2012-ci ilin əvvəlindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislər üzrə şirkət artıq təxminən 250 min manat ödəniş edib”, - deyə məlumatda vurğulanır.
Xəbər verildiyi kimi, 2011-ci il dekabrın 16-dan Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə polislərin yeni tariflərlə satışına başlanıb.
Qanun çərçivəsində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə yeni tarif sistemi tətbiq edilib. Xüsusilə, 50 manat məbləğində baza tarifi müəyyən olunub və mühərikinin həcmi 1500 kub. santimetrə qədər olan avtonəqliyyat vasitələrinə tətbiq olunur. Mühərrikin həcmi artıqca 1,5-5 əmsalları tətbiq olunacaq. Mühərrikinin həcmi 5 min kub. santimetrdən çox olan avtonəqliyyat vasitələri üçün 5 əmsalı tətbiq olunacaq, yəni sığorta tarifi 250 manat təşkil edir.
Avtobus və mikroavtobuslar üçün sığorta tarifi hesablananda əmsallar onların sərnişin yerlərinin sayından asılı olacaq. Belə ki, 9-16 sərnişin yerinə görə əmsal 3-ə, 16-dan artıq yerə görə əmsal 4 tətbiq edilir.
Yük avtomobillərində sığorta əmsalı yükgötürmə qabiliyyətindən asılı olaraq dəyişəcək əmsal 3-dən 5-ə qədər təşkil edir
Motosiklet, traktorlar və digər kənd təssərrüfatı texnikası üçün əmsal 1-ə, trolleybus və tramvaylar üçün isə əmsal 1-ə bərabərdir.
Bundan başqa, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta haqqının müəyyən edilməsi zamanı həmçinin bonus-malus sistemi tətbiq edilir.
Qanuna əsasən, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə əmlaka vurulmuş ziyana görə 5 min manat, sağlamlığa vurulan ziyana görə ödənilən bir nəfərə görə sığorta məbləği 5 min manat, bir sığorta hadisəsinə görə ümumi limit - 50 min manat təşkil edir. Beləliklə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişinin məbləği 55 min manat təşkil edə bilər.
Xəbər verildiyi kimi, 2011-ci ilin yekunlarına görə, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortanın köhnə tarif sistemi üzrə haqq yığımı 4,3 mln. manat təşkil edib.
“AXA Mbask” sığorta şirkəti 1992-ci ildə yaradılıb və yığılan sığorta haqlarının həcminə görə Azərbaycanın 5 aparıcı sığorta şirkəti sırasına daxildir. Şirkətin nizamnamə kapitalı 6 mln. 730,840 min manata bərabərdir. Şirkətin səhmdarları AXA Seguros Generales, S.A., De Seguros Y Reaseguros (51%) şirkətləri və Azərbaycan vətəndaşı Eldar Qəribovdur (49%).
2012-ci ilin I yarısında şirkətin sığorta haqqı yığımı 9 mln. 745,394 min manat, ödənişləri – 2 mln. 527,765 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət