“RoyalBank” ASC-nin əmanətçilərinə 11 mln. manat məbləğində kompensasiya ödənilib.Əmanətlərin Sığortalanması Fondunun (ADİF) direktoru Azad Cavadov bazar ertəsi jurnalistlərə belə bildirib.
“Dəqiqləşdirilmiş məlumata əsasən, ümumi məbləği 14,9 mln. manata bərabər olan əmanətlərə kompensasiya şamil edilib. Bu günədək bankın 1,6 mindən çox əmanətçisi kompensasiya alıb. Kompensasiyaların həcmi 11 mln. manat təşkil edib.Bununla yanaşı, əmanətləri manatla qoyulan 80% əmanətçi kompensasiya alıb”.- deyə A.Cavadov “İnterfaks -Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
Onun sözlərinə görə, hələ ki, dollar və avro ilə əmanətləri olan qeyri -rezidentlər kompensasiya almaq üçün müraciət etməyiblər.
Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı 2012-ci il iyulun 13-dən etibarən fəaliyyətində qanun pozuntuları ilə əlaqədar “RoyalBank” ASC-nin lisenziyasının ləğv edilməsi barədə qərar qəbul edib.
İyulun 18-də növbədənkənar iclasda ADİF-ın Qəyyumluq Şurası “RoyalBank”ın əmanətçilərinə sığortalanan əmanətlər üzrə kompensasiyaların ödənilməsinə dair üç agent bankı müəyyən edib.
ADİF-in məlumatına əsasən, “RoyalBank” əmanətçilərinin 98%-i fond tərəfindən sığortalanıb. 30 min manata qədər əmanəti olan əmanətçilərin əmanətləri 100% həcmində kompensasiya ediləcək.
ADİF 2006-cı il dekabrın 29-da qəbul olunan “Əmanətlərin sığortalanması haqqında” qanunun təsdiqlənməsi və qüvvəyə minməsi haqqında” ölkə Prezidentinin 9 fevral tarixli fərmanı ilə yaradılıb. 30 min manat məbləğində əmanətlər fond tərəfindən tam ödənilir. Fondun əsas məqsədi banklar iflasa uğradıqda və onların depozit qəbulu üçün lisenziyası ləğv olunduqda bank yığımlarının əmanətçilərə qaytarılmasına zəmanət verməkdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət