Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri Leyla Əliyeva Həştərxanda Azərbaycan və Rusiya Dostluq Körpüsünün təntənəli açılışı ış mərasimində iştirak edib. Bu barədə rəsmi KİV məlumat verir.
Azərbaycan dövlətinin və Həştərxan vilayəti administrasiyasının rəsmi şəxsləri, Milli Məclisin deputatları, Azərbaycan icmasının nümayəndələri, şəhər sakinləri açılış mərasimində iştirak ediblər .
Körpünün inşası barədə qərar 2010-cu ildə Azərbaycan Prezidenti İlham Əliyevin Həştərxana səfəri zamanı qəbul edilib . O zaman Rusiyanın bu şəhərində dahi Heydər Əliyevin abidəsi açılmışdı.
2011-ci ilin mayında “Rusiya-Azərbaycan: regionlararası əməkdaşlığın yeni üfüqlərinə doğru” I Rusiya-Azərbaycan Regional Forumu çərçivəsində Dostluq körpüsünün təməlqoyma mərasimi keçirilib. Körpünün tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdirilib.
Piyadalar üçün Dostluq körpüsü Heydər Əliyev parkını I Pyotr meydanı ilə birləşdirir. Körpünün sürahisinin ornamentlərində Bakının və Həştərxanın rəmzləri – Qız qalası və Həştərxan Kremli əks olunub . Körpünün uzunluğu 50 metr, eni isə 6 metrdir. Körpü şəhər sakinlərinin bir sahildən digər sahilə keçməsini asanlaşdıracaq.
.Sonra tədbirin iştirakçıları Heydər Əliyev parkında yaradılmış “Arzu” uşaq əyləncə şəhərciyinin açılışında iştirak ediblər . Heydər Əliyev Fondunun dəstəyi ilə tikilən şəhərciyin ümumi sahəsi təxminən 1200 kvadratmetrdir. Burada 7 böyük və bir neçə kiçik attraksion quraşdırılıb, uşaqların istirahəti və təhlükəsizliyi üçün hər bir şərait yaradılıb . Hazırda parkın ərazisində uşaq kafesinin tikintisi davam etdirilir.
. Bundan başqa, sentyabrın 12-də Həştərxanda Müqəddəs Knyaz Vladimir məbədinin qarşısında knyaz Vladimirin şərəfinə ucaldılacaq abidənin təməlqoyma mərasimi keçirilib
Knyaz Vladimirin şərəfinə abidənin qoyulması barədə qərar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul edilib.Abidənin tikintisi Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçiriləcək. Hazırda hündürlüyü 14,5 metr təşkil edəcək abidənin maketinin hazırlanması üzrə iş aparılır. Onun tikintisində Azərbaycan və Rusiya memarları iştirak edirlər. Abidənin ətrafında park salınacaq, ərazi abadlaşdırılacaq.
Rusiyadan Azərbaycana iki nəfər ekstradisiya edilib
“AzerGold” Daşkəsəndə sosial layihələrə 610 min manat yönəldəcək
Sumqayıt Şəhər İH yol işlərinə 1,4 milyon manata yaxın vəsait yönəldəcək
Mirzoyan İrəvanın Bakı ilə sülh sazişi üzrə məsləhətləşmələrə başlamağa hazır olduğunu bəyan edir
Lavrov: “Aİ və NATO Rusiya ilə müharibə üçün koalisiya toplayır”
Lavrov: “Minsk qrupu fəaliyyətini ABŞ və Fransanın təşəbbüsü ilə dayandırıb”
“Severstal” Azərbaycanda SOCAR və digər şirkətlərlə əməkdaşlığı genişləndirməyə ümid edir
2021- ci ildə Yelo Bank planlaşdirdiğından daha yüksək nəticəyə nail olub
“Veysəloğlu” alman markası “Rossmann”ı ölkəmizə gətirdi!
Yelo Bank-dan 100 000 manatadək mikro biznes krediti
SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə Kapital Bank arasında əməkdaşlıq memorandumu imzalanıb
İyunun sonunda Bakıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə dair müzakirələr aparılacaq