Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Çin Xalq Respublikasının Tiancin şəhərində keçirilən Dünya İqtisadi Forumunun Asiya Regional Sammitində iştirak edib. Bu barədə RİTN-dən məlumat verilib.
Tədbirdə yeni texnologiyaların, elmi-texniki nailiyyətlərin iqtisadiyyata tətbiqi, innovativ sahibkarlıq, İKT-nin inkişafı, qlobal informasiya təhlükəsizliyi məsələsi, innovativ texnologiyaların qlobal iqtisadi inkişafa təsiri və bu sahələrdə hökumətin rolu kimi mövzular müzakirə edilib.
Ə.Abbasov sammitin sessiya və plenar iclaslarında çıxış edib. Xüsusilə, “Dünyanın hiperbirləşməsi” adlı sessiyada nazir Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlardan söz açıb, regional ölkələrin bir-biri ilə virtual alətlər vasitəsilə birləşməsi, beləliklə, Qərblə Şərq arasında mövcud olan rəqəmli uçurumun aradan qaldırılmasında ölkəmizin rolunu qeyd edib.
Nazir, o cümlədən, ölkəmizin BMT tərəfindən koordinator təyin edildiyi Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM), Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi (EPEG) kimi beynəlxalq layihələrin dəstəklənməsi və reallaşdırılmasında dövlət başçısının rəhbərliyi ilə aparılan işlərdən, bu layihələrin qlobal iqtisadiyyata verəcəyi töhfələri vurğulayıb.
İKT sahəsində görülən işlər və regionda əhəmiyyətli layihələrdən başqa, nazir sammit iştirakçılarını cari ilin noyabr ayında Bakıda keçiriləcək VII İnternet İdarəçiliyi Forumu, Bakutel sərgi-konfransı barədə məlumatlandırıb.
RİTN rəhbəri “İKT üzrə dövlətlər” panelində, dövlət-sahibkarlıq, dövlət-vətəndaş, vətəndaş-sahibkar münasibətlərində “Elektron hökumət”, ölkədə bu istiqamətdə atılan addımlar, Azərbaycan təcrübəsi və s. mövzularla bağlı çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
“Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən və beynəlxalq layihələr olan Trans-Avrasiya Super İnformasiya Magistralı, Yaxın Şərq Sürətli İnformasiya Dəhlizi layihəsi panel iştirakçılarının diqqətini cəlb edib, iştirakçılar gələcəkdə üzv ölkələrin, o cümlədən maraqlı tərəflərin bu layihələrin reallaşmasında səylərini artıracağını da nəzərə çatdırıblar”, - deyə məlumatda vurğulanır.
Ə.Abbasov səfər çərçivəsində Estoniyanın iqtisadiyyat və rabitə naziri Yohan Parts, ABŞ Milli Təhlükəsizlik Departamentinin müavini Tara O’tool, Nigeriyanın rabitə naziri Omobola Conson, Microsoft şirkətinin vitse-prezidenti Stiven Kroun, Çinin peyk sənayesi üzrə aparıcı şirkəti “China Great World Industry” korporasiyasının prezidenti Yin Liminq, “Kasperskiy” şirkətinin prezidenti Yevgeni Kasperskiy, Ümumdünya İnternet Cəmiyyətinin prezidenti Lin Amur, BMT-nin İnkişaf Proqramının rəhbərinin müavini Rebeka Qrinspan, Dünya İqtisadi Forumunun telekommunikasiya və informasiya-kommunikasiya texnologiyaları sənaye departamentinin rəhbəri Alan Markusla da ikitərəfli görüşlər keçirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət