Əfqanıstan prezidenti Həmid Kərzayi hesab edir ki, müxtəlif terror təşkilatları regionda vəziyyəti pozmağa çalışırlar.
“Heş kim terrordan sığortalanmayıb. Bu bəlanın qarşısını heç bir şey ala bilməz. O təhsil almq istəyən uşaqlarımızı təhdid edir”, - deyə Əfqanıstan prezidenti çərşənbə axşamı Bakıda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 12-ci zirvə toplantısının açılışında bildirib.
“Əfqanıstanda fəaliyyət göstərən Əl-Qaidə, Özbəkistan İslam Hərəkatı, çeçen terrorçuluğu və digər təşkilatlar regionumuzda fəaliyyət göstərirlər, təlim keçirlər, minlərlə insanın həyatına son qoyan terror aktları törədirlər”, - deyə o qeyd edib.
H.Kərzayi həmçinin qeyd edib ki, bütün bu qüvvələr regionda vəziyyəti pozmağa cəhd edirlər, “alimlərimizə hücum edirlər”.
“Əfqanıstan Mərkəzi Asiya regionundan olan terrorçuların aksiyalarının qarşısını almaq üçün addımlar atır”, - deyə o bildirib.
“Biz qonşu dövlətlərin terrorizmə yardım edən silah, döyüş sursatı və digər əşyaların onların ərazisindən keçirilməsinin qarşısını almalarını gözləyirik”, - deyə Əfqanıstan başçısı bəyan edib.
“Sülh məramlılar gədəndən sonra biz daxili təhlükəsizliyi təmin edə biləcəyik. Bu gün həmin funksiyaların ötürülməsi uğuirla keçirilir. Ümid edirəm ki, sərhədlərimiz dünya sərhədlərinə çevriləcək, Əfqanıstan özünəməxsus körpu rolu oynayacaq”, - deyə o qeyd edib.
Narkomaniya probleminə toxunaraq prezident vurğulayıb ki, Əfqanıstan bütün dövlətlərdən artıq dərəcədə bundan əziyyət çəkir. “Narkotik maddələrin qanunsuz dövriyyəsi – müxtəlif silsilər daxil olduğu çətin beynəlxalq problemdir. Biz hər vasitə ilə Əfqanıstana prekursorların idxalının qarşısını almaq üzrə informasiya mübadiləsi keçirməyə çalışırıq”, - deyə H.Kərzayi vurğulayıb.
O həmçinin İƏT regionunun çox böyük imkanlar təşkil etdiyini və inklüziv ünsiyyətin mərkəzi ola biləcəyinə əmin olduğunu ifadə edib.
“Regional əməkdaşlığın möhkəmlənməsi xarici siyasətimizin prioritetlərindən biridir. Əfqanıstan iqtisadi əmkdaşlığın möhkəmlənməsini dəstəkləyir. Bu kontekstdə biz bu yaxınlarda Düşənbədə 17 layihələrə dair təkliflər təqdim edilən konfrans keçirdik”, - deyə Əfqanıstan başçısı bəyan edib.
Onun sözlərinə görə, Əfqanıstan və qonşu dövlətlər investisiyaların genişlənməsi üçün şərait yaratmaq məqsədilə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair bütün səylərini sərf edəcək.
O həmçinin qeyd edib ki, ölkəsi yerüstü naəliyyat əlaqələrinin, Mərkəzi Asiya ölkələri ilə dəmir yolunun inkişafı üçün səy göstərir.
“Əfqanıstan hesab edir ki, İƏT ölkələri investisiyalar və iqtisadi əməkdaşlıq sahəsində səylərini fəallaşdırmalıdırlar”, - deyə prezident vurğulayıb.
2022-ci ildə SOCAR $99 milyon dəyərində neft bitumu və neft koksu ixrac edib
2022-ci ildə SOCAR 7,8 milyon tona yaxın neft və 8,1 milyard kubmetrdən çox qaz hasil edib
FHN: İranda baş vermis zəlzələ Naxçıvanda hiss olunub, dağıntı və tələfat yoxdur
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
İran XİN və DİN başçıları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir