“Norm Azerbaijan” MMC şirkəti “Qızıldaş Sement” sement zavodu üçün qaz tənzimləyici məntəqə və qaz ötürüsünün tikintisi məqsədi ilə tender elan edib.
Görüləcək işlərə qaz tənzimləyici məntəqə, magistral qaz kəmərinə qoşulacaq 1,5 MPa təzyiqə malik, 10 km uzunluqda qaz xəttinin inşası, eləcə də sayğac və qaz tənzimləyicisinin quraşdırılması daxildir.
Müvafiq lisenziya malik, qaz kəmərləri və avadanlıqların quraşdırılması sahəsində təcrübəyə malik şirkətlər tenderdə iştirak etməyə dəvət olunur.
Tenderdə iştirak etmək üçün ərizələr 2012-ci il noyabrın 16-na qədər qəbul edilir.
Xəbər verildiyi kimi, “Norm Azerbaijan” MMC 2006-cı il mayın 4-də sement zavodunun tikilməsi məqsədi ilə yaradılıb. Zavod Bakının Qaradağ rayonunda Sənqəçal neft terminalından üç kilometr məsafədə tikiləcək. Zavodun tikintisinə qoyulan investisiyanın həcmi, vergilər də daxil olmaqla $400 mln. təşkil edəcək. Bilavasitə zavodun tikintisinə investisiya qoyuluşları $350 mln. həcmində olacaq. Zavod ildə 2 mln. ton sement istehsalı üçün nəzərdə tutulur.
Zavod Çinin “China Triumph International Engineering Co LTD (CTIEC)” şirkəti tərəfindən inşa edilir. Zavod 2013-cü ilin sonunda istismara veriləcək. Zavod üçün avadanlıqlar Almaniyadan və digər Avropa ölkələrindən alınacaq. Zavodda 400, xammal karxanalarında isə 100-150 nəfər çalışacaq. Bu, Qafqazda sement istehsalı üzrə ən böyük müəssisə olacaq.
Zavodda sement istehsalına 2013-cü ilin may ayında başlanılması planlaşdırılır.
Zavodun tikintisi üzrə məsləhətçi Yaponiyanın “Mitsubishi Corporation” şirkətidir.
Azərbaycan hökuməti Naxçıvan iqtisadiyyatının zəif və güclü tərəflərini qiymətləndirib
Sumqayıtda yolların təmirinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
MDB Sərhəd Qoşunları komandanları Bakıda iclasın yekunlarına dair 19 sənədi təsdiq ediblər
Fidan və Blinken Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Nar dəyərli hədiyyələrlə dolu yay müsabiqələrinə başlayır
TuranBank özünüməşğulluq proqramına dəstək olmağa davam edir
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək