Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə missiyasının yeni rəhbəri Raja Al Marzougi cümə axşamı Bakıya səfərə gəlib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fondun Bakı ofisindən məlumat verilib.
Azərbaycan üzrə missiyasının yeni rəhbəri kimi Raja Al Marzouginin Bakıya ilk səfəridir.
Səfər çərçivəsində missiya Azərbaycanda makroiqtisadi vəziyyəti müzakirə edəcək, hökumətin büdcə və iqtisadi siyasətini qiymətləndirəcək.
Raja Al Marzougi BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri vəzifəsində Nadim İlahini əvəz edib.
Azərbaycan BVF-yə 1992-ci il sentyabrın 18-də qoşulub. Azərbaycan hökuməti 2006-cı ildən BVF-dən kredit almır və əməkdaşlıq fondun nizamnaməsinin IV maddəsi üzrə məsləhətləşmələr, makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki missiyalar çərçivəsində həyata keçirilir.
Ümumilikdə, əməkdaşlıq dövrü ərzində Azərbaycan BVF ilə iqtisadi islahatların keçirilməsində əməkdaşlıq üzrə 6 müxtəlif proqramların reallaşmasına $577,3 mln. ümumi məbləğdə kredit cəlb edib. Azərbaycan hökümətinin Beynəlxalq Valyuta Fondundan aldığı kredit üzrə borcları 2012-ci il yanvarın 1-nə $28,8 mln. təşkil edir.
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın UFAZ-da karyera həftəsi yekunlaşdı
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək