Azərbaycan Beynəlxalq Bankı ASC-nin səhmdarlarının Ümumi Yığıncağının qərarı ilə 2011-ci il ərzində fəaliyyətin yekunlarına dair 8 mln. 694,766 min manat səhmdarlara dividend şəklində ödəniləcək. Bu barədə bankın məlumatında bildirilir.
“ABB-nin Maliyyə Hesabatlarının Beynəlxalq Audit Standartları üzrə xalis bölüşdürülməmiş mənfəəti 13 mln. 694,766 min manat təşkil edib. Ümumi Yığıncaqda bu məbləğdən 8 mln. 694,766 min manat səhmdarlara dividend şəklində ödənilməsinə yönəltmək barədə qərar qəbul edilib”, - deyə məlumatda qeyd edilir.
Bankın məlumatına görə, qalan 5 min manat gələcəkdə həyata nizamnamə kapitalının artırılmasına yönəldiləcək.
Son üç il ərzində ABB-nin xalis mənfəətinin ümumi həcmi 200,958 mln. manat, gəlirləri – 1,2 mlrd. manat təşkil edib.
Ümumi Yığıncağın qərarı ilə ABB-nin “Deloitte & Touche” şirkəti tərəfindən təsdiqlənən və Bankın Audit Komitəsi tərəfindən tövsiyə edilən 2011-ci ilin illik maliyyə hesabatları təsdiq edilib.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət