İcbari Sığorta Bürosu (İSB) Azərbaycanın şimal-qərbində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində ölüm faktı ilə əlaqədar 5 min manat məbləğində kompensasiya ödəyib. Bu barədə Bürodan məlumat verilib.
Bu Büro tərəfindən həyata keçirilən ilk kompensasiya ödənişidir.
Məlumatda qeyd edilir ki, yol nəqliyyat hadisəsi 2012-ci il sentyabrın 12-də Oğuz rayonu ərazisində baş verib. Kompensasiyanın məbləği 5 min manat təşkil edib. Ödəniş dekabrın 14-də həyata keçirilib. Kompensasiyanı yol-nəqliyyat hadisəsi zamanı həlak olan şəxsin ailəsi alıb.
Öncə İSB-nin icraçı direktoru Elxan Quliyevə istinadən məlumat verilib ki, kompensasiya ödəniləcək daha 4 hadisə üzrə hazırda araşdırma aparılır. İSB Ödəniş etmək üçün son sənədləri gözləyir. Bu hallra əsasən sağlamlığa zərər yetirməklə əlaqədardır.
İcbari Sığorta Bürosu “İcbari sığorta növləri haqqında” qanun çərçivəsində yaradılıb. Hazırda 12 sığorta şirkəti Büronun üzvləridir
Büronun əsas məqsədi kompensasiya ödənişlərinin həyata keçirilməsi, bu kompensasiya ödənişlərinin həyata keçiriləcəyi müəyyən maliyyə fondunun idarə olunmasından ibarətdir. Kompensasiya ödənişləri icbari sığorta növləri üzrə xidmət göstərən sığorta şirkətləri iflasa uğradıqda həyata keçiriləcək.
Büronun maliyyə resursları bir neçə mənbədən formalaşır. Birincisi, bu büronun işə başlaması üçün sığortaçıların ödəyəcəkləri daxil olma haqqıdır. İkincisi, sığortaçılar sığorta şirkətinin məşğul olmaq istədiyi icbari sığortanın hər bir növü üzrə təminat depoziti hazırlayırlar. Üçüncüsü, sığorta şirkətləri hər ay icbari növlər üzrə ümumi tədiyə məbləğinin 5%-ni büronun hesabına köçürürlər.
Büronun təsisçisi və ya üzv olmaq istəyən sığorta şirkətləri üçün üzvlük haqqı 200 min manat təşkil edir.
Əgər sığorta şirkəti icbari sığortanın bir neçə növü üzrə xidmət göstərməkdə maraqlıdırsa, hər növ üzrə ayrıca depozit ödəməlidir.
Büro üzvlərinin daşınmaz əmlakın icbari sığortası üzrə birdəfəlik depozitinin məbləği 100 min manat; daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 100 min manat; avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə - 200 min manat; sərnişinlərin icbari sığortası üzrə - 200 min manat təşkil edir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət