Rusiyanın Qəbələ RLS-i bundan sonra icarəyə götürmək istəməməsi Azərbaycan-Rusiya əlaqələrinə mənfi təsir göstərməyib. Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov belə hesab edir.
“Azərbaycan-Rusiya əlaqələrinin miqyası ilə müqayisədə RLS-in icarəsinin dayandırılması o qədər də əhəmiyyətli deyil və ikitərəfli strateji tərəfdaşlıq münasibətlərinə güclü təsir etmədi”,- deyə o çərşənbə axşamı 2012-ci ilin yekunlarına həsr olunmuş brifinqdə bildirib.
F.Məmmədovun dediyinə görə, Qəbələ RLS üzrə sazişin vaxtının uzadılmasına bir sıra amillər -yeni icarə qiymətləri, eləcə də təhlükəsizliyə aid bir sıra problemlər, o cümlədən stansiya vasitəsi ilə əldə olunan məlumatların üçüncü ölkəyə ötürülməsi məsələləri barədə tərəflər razılığa gələ bilməməsi maneə törətdi .
2012-ci ildə baş vermiş digər əhəmiyyətli hadisələri xatırladan Fərhad Məmmədov Azərbaycanın BMT-nin Təhlükəszilik Şurasında sədrliyini və Türkiyə ilə trans-Anadolu (TANAR) qaz kəməri üzrə sənədlərin imzalanmasını qeyd edib.
“Ümumdünya İqtisadi Forumunun “2012-2013-cü il dünya rəqabətə davamlılıq hesabatı”nda Azərbaycan 144 ölkə arasında 46-cı yeri tutub. Bu davam edən dünya iqtisadi böhranı fonunda Azərbaycanın 50 ən rəqabətə davamlı ölkəsi sırasına daxil olaraq 9 pillə irəliləməsi nəticəsində baş verib”,- deyə F.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, 2012-ci ildə Ramil Səfərovun ekstradisiya edilməsi və Azərbaycan Prerzidenti İlham Əliyevin sərəncamı ilə azadlığa buraxıllması yalnız həm dövlət başçısının hər bir ölkə vətəndaşına diqqətinin göstəricisi həm də Ali Baş Komandanın işğal edilmiş ərazilərimizin azad edilməsi üzrə siyasi iradəsinin təcəssümüdür.
O Azərbaycanın 2012-ci ildə əldə etdiyi nailiyyətlər sırasında Bakıda 57-ci “Eurovision” mahnı müsabiqəsinin keçirilməsini, həmçinin 2015-ci ildə ilk Avropa Olimpiya oyunlarının Bakıda keçirilməsinə dair qərarın verilməsini də qeyd edib.
Həmçinin Azərbaycan idmançılarının London Yay Olimpiya oyunlarında uğurlu içştirakını xatırladaraq bildirib ki, idmançılarımız komanda hesabı ilə 30-cu yerə çıxaraq 10 medal qazanıblar.
“2012-ci ildə “Azərbaycan 2020:Gələcəyə baxış” inkişaf konsepsiyası ictimaiyyətin müzakirəsinə verilib.Konsepsiya Azərbaycan dövlətinin uzunmüddətli strateji inkişaf istiqamətlərini müəyyən edir”,-deyə F.Məmmədov bildirib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət