Azərbaycanda Proqram təminatı istehsalçılarının Assosiasiyası (BSA) fəaliyyətə başlayır. Bu barədə “Microsoft-Azerbaijan” şirkətinin baş meneceri Rüfət Hacıəlibəyov çərşənbə axşamı jurnalistlərə bəyan edib.
“Bu təhlükəsiz və leqal rəqəmsal dünyanın inkişafı sahəsində fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. BSA dünya proqram təminatı şirkətlərinin və aparat vasitələri istehsalçılarının dünya bazarı və hökumətləri qarşısında maraqlarını ifadə edən “səsdir”, - deyə R.Hacıəlibəyov bildirib.
BSA-nın məlumatlarına görə, hazırda Azərbaycanda istifadə olunan proqram təminatının 87%-i qeyri-leqaldır.
“Məhsulların əksəriyyətini “Microsoft” təqdim edir. Azərbaycan bazarında “Microsoft”un payı çox böyük olduğundan bütün mənfi cəhətləri ilk növbədə şirkət öz üzərində hiss edir”, - deyə baş menecer qeyd edib.
O həmçinin əlavə edib ki, hökümətin müəllif hüquqları sahəsində qanunvericiliyə böyük diqqət yetirməyi müsbət faktdır. “Biz Müəllif Hüquqları Agentliyi ilə sıx əlaqə saxlayırıq. 2011-ci ildə RİTN “Microsoft” ilə dövlət strukturlarının, xüsusilə Prezident Administrasiyasının lisenziyalaşdırılması haqqında saziş imzalayıb. Bu ilk müsbət təcrübə olub”, - deyə o bildirib.
Onun sözlərinə görə, dövlət strukturlarının leqallaşdırılması səviyyəsi çox vacibdir. “Çünki ölkədə müəllif hüquqlarının səviyyəsi ümumilikdə ölkələrin beynəlxalq reytinqinə təsir göstərir”, - deyə o vurğulayıb.
R.Hacıəlibəyov qeyd edib ki, Azərbaycanda illik piratçılığın səviyyəsi azalır. “Ötən il ərzində (piratçılığın səviyyəsi – İF-Az) 1 faiz bəndi azalıb. Baxmayaraq ki, rəqəm kiçik görünür, lakin reallıqda bu belə deyil. Çünki söhbət ölkədə yüz minklərlə kompüterdən gedir”, - deyə o izah edib.
“Biz hökümətlə “home news writes” layihəsinə dair sıx əməkdaşlıq edirik. Layihə sayəsində proqram təminatını əldə edən dövlət strukturlarının əməkdaşları ondan evdə istifadə edə bilərlər”, - deyə o bildirib.
Onun sözlərinə görə, “Microsoft”un hər yerli ofisin hazırladığı üç illik milli inkişaf planı mövcuddur. “Planın məqsədi strategiyanın hər bir ölkədə ayrılıqda İT mühitin inkişafına uyğunlaşdırılmasıdır. Planımız “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə uyğunlaşdırılmalıdır. Bu halda biz hökumətlə sıx əməkdaşlıq edirik”, - deyə R.Hacıəlibəyov bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət