Ermənistanın nəqliyyat və kommunikasiya naziri Artaşe Avetisyan çərşənbə günü Tbilisidə “Şərq tərəfdaşlığı”na üzv ölkələrinin qeyri- rəsmi görüşü çərçivəsində keçirilən mətbuat konfransında bildirib ki, İrəvan Bakı -Tbilisi -Qars dəmir yolu dəhlizindən istifadə etmək istrərdi.
Lakin Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov mətbuat konfransında bəyan edib ki, Ermənistan bu layihəyə qoşula bilməz.
“Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan Silahlı Qüvvələri çıxarılmayınca və münaqişə tənzimlənməyənə qədər Ermənistan Bakı-Tbilisi-Qaras layihəsindən istifadə edə bilməz”,- deyə Z.Məmmədov qeyd edib.
Onun sözlərinə görə, bu layihəni Azərbaycan həyata keçirir və o Azərbaycanın büdcəsi hesabına maliyyələşdirilir,ona görə də nə qədər ki, Azərbaycan torpaqlarının işğalı davam etdiriləcək, Ermənistan bu layihəyə qoşula bilməz.
Bununla yanaşı , nazir vurğulayıb ki, Bakı-Tbilisi-Qars layihəsi region üçün böyük əhəmiyyətə malikdir və ABŞ bu layihəmni dünyadakı 100 ən prioritet layihə sırasına daxilı edib.
O bildirib ki, indiki mərhələdə Türkiyə ərazisində intensiv iş aparılır. “Layihənin maliyyələşməsi qrafik üzrə gedir və onun reallaşdırılması üçün layihədə iştirak edən dövlətlər səy göstərirlər”,-deyə nazir əlavə edib.
Nazir bildirib ki, bu gün Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi üzrə Koordinasiya Şurasının iclası keçiriləcək .İclasda gələcəkdə görüləcək işlərlə əlaqədar büdcə təsdiqlənəcək.
2007-ci il fevralın 7-də Gürcüstan, Azərbaycan və Türkiyə Tbilisi- Bakı dəmir yolu magistralından istifadə etməklə Bakı-Tbilisi- Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar. Layihə uzunluğu 98 km olmaqla 68 km-i Türkiyə, 30 km-i Gürcüstan ərazisindən keçən Qars-Axalkalaki dəmir yolunun tikintisini nəzərdə tutur.Həmçinin, Axalkalaki-Tbilisi dəmir yolunun 183 kilometrlik hissəsinin yenidən qurulması nəzərdə tutulur.
Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən maliyyələşdirilir.Azərbaycan Gürcüstana ümumi məbləği $775 mln. təşkil edən iki güzəştli kredit ayırıb.
Bakı-Tbilisi -Qars dəmir yolu ilə ilk qatarın hərəkəti 2014-cü ilin birinci rübünə planlaşdırılır.İlkin mərhələdə bu dəmir yolu ilə ildə 5 mln. ton səviyyəsində yük daşınması nəzərdə tutulub. Gələcəkdə bu həcmin ildə 15-17 mln. tona çatdırılması gözlənilir.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət