2012-ci ilin yekunlarına görə Azərbaycan Dəmir Yolları QSC-nin vergiöncəsi mənfəəti 24,7 mln. manat təşkil edib.Bu barədə Cəmiyyətin rəhbəri Arif Əsgərovun cümə günü rəsmi mətbuatda dərc edilmiş müsahibəsində belə bildirilir.
Xəbər verildiyi kimi, 2011-ci ilıdə QSC-nin vergiöncəsi mənfəəti 16 mln manat təşkil edib.Beləliklə, 2012-ci ildə göstərici 54,4% artıb.
“2012-ci ildə cəmiyyətin ümumi gəliri 222,7 mln. manat təşkil edib ki, bundan da 207,7 mın. manat yükdaşımaların, 15 mln. manat sərnişin daşımaların payına düşüb.2012-ci ildə ADY-nin xərcləri 198 mln. manat, vergiöncəsi mənfəəti 24,7 mln. manat təşkil edib”,- deyə ADY QSC-nin rəhbəri qedy edib.
A.Əsgərov deyib ki, ötən il əmək haqqının ödənilməsi fondu 62 mln. təşkil edib.
“2012-ci ildə QSC DSMF-yə icbari sosial sığorta üzrə 14,2 mln. manat məbləğində köçürmə həyata keçirib.Dövlət büdcəsinə vergi üzrə ödənişlər 7,5 mln. manat, elektrik enerjisi, yanacaq və su xərcləri üçün 36,2 mln. manat ödəniş edilib.Qalanı digər xərclərin payına düşür”,- deyə o qeyd edib.
A.Əsgərov qedy edib ki, 2012-ci ildə dəmir yolları ilə yükdaşımaların həcmi 23,3 mln. ton təşkil edib ki, bunun da 5 mln. tonu daxili daşımaların, 4 mln. tonu ixracın, 6,7 mln. tonu idxalın, 7,6 mln. tonu tranzit daşımaların payına düşüb.
2012-ci ildə ADY stansiyalarından 13,9 mln. ton yük yola salınıb. Bunun da 9,1 mln. tonu neft və neft məhsulları olub ki, bunun da 5 mln. tonu tranzit yüklərin payına düşüb.
2012-ci ildə ADY-də sərnişindaşımaların həcmi 2,7 mln. nəfərə bərabər olub.
2012-ci ildə cəmiyyət 132,4 mk uzunluğunda yolu əsaslı təmir edib.
Ötən il, Kür çayı üzərindən ikinci dəmir yolu körpüsünün salınmasına büdcə vəsaitlərindən 3 mln. 717,8 min manat yönəldilib.Ümumi dəyəri 16 mln. 251,2 min manat olan bu körpünün tikintisi 2008-ci ildən aparılır, bü günə qədər bu işlərin görülməsinə 15 mln. manat vəsait sərf edilib”,- deyə A.Əsgərov əlavə edib.
Bundan əlavə, 2012-ci idə büdcə vəsaitləri hesabına Vəlvələçay üzərindəki dəmir yolu körpüsü əsaslı təmir edilib.Bu üşlərin görülməsinə çəkilən ümumi xərclər 5 mln. 702,9 min manat təşkil edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət