Azərbaycan parlamenti cümə günü plenar iclasda “Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsini
qəbul edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri məlumat verib.
“Uşaqların illik tibbi müayinəsi ölkənin gənc nəslinin normal sağlamlığının təmin edilməsi nöqteyi-nəzərindən xüsusilə əhəmiyyətlidir. Ölkə Prezidentinin bəyan etdiyi kimi, Azərbaycanın hər vətəndaşı ildə bir dəfədən az olmayaraq icbari dispanserizasiyadan keçməlidir”, - deyə Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli səhədi həmkarlarına təqdim edərkən bildirib.
Onun sözlərinə görə, dövlət millətin sağlamlığının təmin edilməsi məsələlərinə xesusi diqqət yetirir.
“18 yaşadək uşaqlar ölkə əhalisinin təxminən yarısını təşkil üsir. Bu səbəbdən, Azərbaycan dövləti, ilk növbədə, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunu qəbul edir. Gələcəkdə icbari dispanserizasiyası haqqında analoji qanunlar digər yaş kateqoruyaları üçün də qəbul ediləcək”, - deyə H.Rəcəbli vurğulayıb.
“Uşaqların icbari dispanserizasiyası haqqında” qanun layihəsi 3 fəsil, 16 maddədən ibarətdir. Qanun ilk dəfə olaraq uşaqların sağlamlığının qorunması məqsədilə dövlət hesabına dispanzerizasiyasını nəzərdə tutur.
Uşaqların dispanserizasiyasının məqsədi gənc nəslin sağlamlığının qorunmasının təminatı və möhkmləndirilməsi, uşaq xəstəliklərinin profilaktikasıdır.
Qeyd olunan qanun layihəsi uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq differensial sağlamlıq-müalicə tədbirlərinin tətbiqi ilə uşaqların planlı, kompleks və sistemli icbari dispanserizasiyasını nəzərdə tutur.
Qəbul edilən qanun layihəsi həmçinin uşaqların icbari dispanserizasiyası sahəsində dövlətin öhdəliklərini, o cümlədən tibb müəssisələrinin texniki təchizatının yaxşılaşdırılmasına dair tədbirlərin həyata kçirilməsinin zəzuriliyi, sağlamlığın profilaktikası üzrə avtomatlaşdırılmış sistemlərin istifadəsi, erkən mərhələlərdə xəstəliyin aşkar edilməsini, əhalinin dispanserizasiyası haqqında maarıfləndirmə işlərinin təmin edilməsini nəzərdə tutur.
Dövlət üzərinə uşaqların illik tibbi müayinəsinin təmin edilməsinə; müayinədən keçəcək uşaqların reqistrinin yaradılması və aparılması; müvafiq dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi üzrə tədbirlərin reallaşdırırlması; uşaqar arasında xəstəkliklərin aşakar edilməsi; xəstəliklərin müalicəsi üzrə sosial, sanitar-qiqiyenik, epidemioloji və müalicə-sağlamlıq tədbirlərin reallaşdırılması; müxtəlif xəstəliklər riski ilə üzləşən uşaqların müalicə-diaqnostik müayinəsinin təmin edilməsinə dair öhdəliklər götürür.
Valideyn qayğısından məhrum olan, məhdud fiziki imkanı olan, islah-əmək müəssisələrində cəza çəkən uşaqların dispanserizasiyası müvafiq icra hakimiyyəti orqanlarının müəyyən etdiyi xüsusi qaydalara uyğun həyata keçiriləcək.
Müvafiq icra hakimiyyəti orqanları hər uşaq üçün fərdi qaydada dispanserizasiya üçün xərcləri müəyyən etməlidir.
Uşaqların icbari tibbi müayinəsi onların qanuni nümayəndələrinin razılığı ilə həyata keçirilməlidir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət