Maliyyə Nazirliyi FARABI sistemi üçün avadanlıq və proqram təminatı almaq məqsədi ilə tender elan edib.Bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.
Bu sistemin yaradılması “Korporativ və büdcə sektorunda hesabatlılıq (CAPSAP) layihəsinin maddələrindən biridir.
Nazirlik tender iştirakçıları qarşısında bir sira şərtlər qoyur.Maliyyə şərtləri: 2009-2011-ci ildə şirkətlərin orta illik dövriyyəsi $40 milyondan az olmamalıdır. Texniki şərtlər: Son 5 ildə büdcəsi $1 milyondan az olmayan ən azı iki analoji layihənin icrası, işlərin yerinə yetirilməsi üçün kadr potensialının mövcudluğu.
Təkliflər martın 12-nə qədər qəbul ediləcək.Tender proseduru da martın 12-də baş tutacaq.
Tenderdə iştirak etmək üçün dövlət rüsumu 160 manat ($200) təşkil edir.
FARABI sistemi veb-texnologiyalara əsaslanacaq, maliyyə, eləcə də mühasibat hesabatının (bura “Mühasibat”, “Əsas kitab”. “Kadrların uçotu”, “Əsas vasitələrin uçotu” “Əmək haqqının uçotu”, “Maliyyə uçotu” daxildir) idarə edilməsi üçün SERP, analitik hesabtlılıq üçün Oracle BI, FARABI sistemi istifadəçilərinin tədris kurslarının idarə edilməsi üçün nəzərdə tutulan Clix LMC komponentlərini əhatə edəcək.
İlkin mərhələdə FARABI sisteminə 35 dövlət və özəl ali təhsil müəssisəsi,eləcə də 4 nazirlik qoşulacaq.
Xəbər verildiyi kimi, “Korporativ və büdcə serktorlarında hesabatlılıq” layihəsinin ümumi dəyəri $24 mln. təşkil edir. DB-nin $11 mln. məbləğində kredit vəsaitlərindən başqa daha $8 mln. Azərbaycan hökuməti, $3 mln. məbləğində qrant Yaponiya hökuməti və $2 mln. məbləğində qrant İsveçrənin İqtisadi Əlaqələr üzrə Dövlət Katibliyi (SECO) tərəfindən ayrılacaq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət