ABŞ Milli Demokratiya İnstitutunun (NDI) Azərbaycandakı nümayəndəliyinin rəhbərinin ölkədəki aksiyalarada əli olması barədə informasiya təsdiqlənərsə Bakı bu təşkilatla əməkdaşlığı dayandıra bilər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev belə bəyan edib.
“Bu günlərdə yerli mətbuatda ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevsin ölkəmizdə ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş fəaliyyəti haqqında məlumat yayıldı. Əgər orada göstərilən faktlar təsdiq olunsa, biz bu qurumla əməkdaşlığımızı dayandırmalı olacağıq”,- deyə Prezident Administrasiyasının rəhbəri 2Azərtac” dövlət agentliyinə verdiyi müsahibəsində bildirib.
“MDİ-nin nümayəndəsi martın 10-da “Fəvvarələr” meydanında keçirilməsinə cəhd olunmuş qeyri-qanuni aksiyada iştirakını etiraf etmişdir. Görünür ki, MDİ-nin Bakı nümayəndəliyi və onun əməkdaşları haqqında yayılan məlumatlar ciddi yoxlanılmalıdır”,- deyə o əlavə edib.
“Biz müşahidələrimizi və tədqiqatlarımızı davam etdiririk. Bu gün Azərbaycan qanunvericiliyinin tələblərini pozan digər təşkilatların adının çəkilməsini hələ ki, məqsədəmüvafiq hesab etmirəm. Lakin nəticə çıxarmasalar, onları Azərbaycan qanunlarına hörmət etməyə məcbur edəcəyik”,- deyə R.Mehdiyev vurğulayıb.
Onun sözlərinə görə, Ədliyyə Nazirliyi də nizamnamə məqsədlərindən kənara çıxan QHT-lərə bir neçə dəfə xəbərdarlıq edib
“Əgər həmin QHT-lər bu iradlardan nəticə çıxarmasalar, onlar barəsində də ciddi tədbirlər görüləcəkdir. Ümumiyyətlə, belə hallar Azərbaycan cəmiyyətində ciddi narahatlıq yaradır, ölkəmizin daxili işlərinə müdaxilə kimi qiymətləndirilir. Bu məsələlər aidiyyəti dövlət orqanlarını ciddi düşündürməlidir”,- deyə o bildirib.
R. Mehdiyev ölkəmizdə fəaliyyət göstərən diplomatik missiyaların da həm beynəlxalq, həm də Azərbaycan qanunvericiliyinin tələblərinə laqeyd yanaşması məsələsinə də toxunub.
“Beynəlxalq münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasına əsasən diplomatik nümayəndəliyin əməkdaşları qəbul edən dövlətin ərazisində hər hansı şərait və hadisəni aydınlaşdırarkən və ya öyrənərkən bunu qanuni vasitələrlə, başqa sözlə desək, qəbul edən dövlətin qanunvericiliyi ilə qadağan edilməyən vasitələrlə yerinə yetirmək öhdəliyi daşıyırlar. Həmçinin sözügedən beynəlxalq konvensiyaya əsasən, diplomatik nümayəndəliklərin əsas funksiyalarından biri məhz iki ölkə arasında dostluq münasibətlərini təşviq etmək və bu münasibətlərin irəli aparılmasına çalışmaqdır. Lakin bəzi hallarda xarici səfirliklərin nümayəndələri Azərbaycanın daxili işlərinə müdaxilə edir, siyasi proseslərə, öz təlimatları ilə onun icraçılarına təsir göstərməyə çalışır və müəyyən mənada maraqlı tərəfə çevrilərək həm beynəlxalq, həm də Azərbaycan qanunlarının tələblərini pozurlar”,- deyə o bildirib.
Administrasiya rəhbəri söyləyib ki, digər tərəfdən, Vyana Konvensiyasına əsasən qəbul edən dövlətin diplomatik missiyanın əməkdaşlarının toxunulmazlığını təmin etmək üçün zəruri tədbirlər həyata keçirmək öhdəliyi vardır
“ Bu öhdəliyin icrası ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi həm ölkəmizdə akkreditə olunmuş diplomatik missiyalara müvafiq rəsmi bildiriş ünvanlamış, həm də həmin sənədi öz internet səhifəsində yerləşdirmişdir. Bildirişdə qeyd olunur ki, diplomatik missiyaların əməkdaşları və onların ailə üzvləri, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş əraziləri və qoşunların təmas xətti istisna olmaqla, ölkənin bütün ərazisində qarşılıqlılıq prinsipi əsasında sərbəst hərəkət etmək imkanına malikdirlər. Bununla yanaşı, onlara tövsiyə olunur ki, sərhəd bölgələrinə səfərlər planlaşdırarkən öncədən bununla bağlı Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələr aparılsın”-deyən R.Mehdiyev əlavə edib. “Həmçinin Azərbaycanın hər hansı bölgəsində rəsmi görüşlər keçirmək və ya rəsmi tədbirlərdə iştirak etmək planlaşdırılırsa, bu halda nəzərdə tutulan səfərdən 7 iş günü əvvəl Azərbaycan XİN-ə nota ilə yazılı müraciət olunmalıdır”
O söyləyib ki, bəzi hallarda Konvensiyanın tələblərinin və Xarici İşlər Nazirliyinin tövsiyələrinin nəzərə alınmaması, ilk növbədə, diplomatların təhlükəsizliyinin təmin edilməsinə maneə yaradır.
“Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, ölkədə akkreditə olunmuş diplomatik missiyalar fəaliyyətlərində Vyana Konvensiyasının müddəalarını rəhbər tutmalı və Azərbaycanın daxili işlərinə müdaxilə etməməlidirlər”,-deyə PA rəhbəri vurğulayıb.
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət