“Azərsu” SC 2013-cü ilin yayında Abşeronun 10 kənd və qəsəbəsində su təchizatı sistemlərinin yenidən qurulması üzrə işləri başa çatdıracaq. Bu barədə SC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Cəbrayıllı bu gün mətbuat konfransında məlumat verib.
“Hazırda “2011-2013-cü illərdə Bakı və ətraf qəsəbələrin sosial -iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Abşeronun 30 kənd və qəsəbəsinin su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üzrə işlər həyata keçirilir”, - deyə A.Cəbrayıllı qeyd edib.
Bundan əlavə, o söyləyib ki, Oğuz-Qəbələ-Bakı su kəmərinin istifadəyə verilməsi nəticəsində Bakıda fasiləsiz içməli su ilə təmin olunmuş abonentlərin sayı 35%-dən 60%-ə qədər artıb.
“2013-cü il ərzində paytaxtın Xətai, Nizami, Sabunçu və Suraxanı rayonlarının su təchizatı sistemləri yaxşılaşdırılacaq. Beləliklə, artıq cari ilin sonuna qədər bu rayonlardan olan abonentlər fasiləsiz içməli su ilə təmin olunacaqlar” - deyə A.Cəbrayıllı bildirib.
O həmçinin deyib ki, hazırda Azərbaycanda ümumilkdə 38 şəhər və rayonda, 250-dən çox kənddə su və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üzrə iş aparılır. 2014-cü ilə qədər Azərbaycanın 6-7 rayonunda işlər başa çatdırılacaq.
Prezident Əliyev Azərbaycan-Pakistan Birgə Komissiyasının yeni tərkibini təsdiq edib
YAP parlamentə növbədənkənar seçkilərdə partiyanın iştirakı ilə bağlı qərar qəbul edib
2020-ci ildən etibarən Azərbaycanda gənc sahibkarlara startaplar üçün güzəştli kreditlər ayrılacaq
DB 2020-ci ildə Azərbaycana təxminən $150 milyon həcmində kreditin ayrılmasını təsdiq edə bilər
Azərbaycan prezidenti Şamaxıda səfərdədir
Prezident Əliyev: Naftalan beynəlxalq kurort mərkəzi olmalıdır
Oreşkin: 2021-ci ilin yayında Həştərxanda Xəzər İqtisadi Forumu keçiriləcək
XİN: “Xəzər beşliyi”nin Yüksək Səviyyəli İşçi Qrupunun görüşü Moskvada keçiriləcək
İranda zəlzələ nəticəsində xəsarət alanların sayı 500 nəfəri ötüb
2020 AccessBank üçün mənfəət ilidir
Azərbaycanın sığorta sektoru: kəmiyyət inkişafından keyfiyyət inkişafına keçid
"İnsan hüquqları və yerli özünüidarəetmə" mövzusunda "dəyirmi masa"
AtaBank yenidən Mastercard tərəfindən mükafatlandırıldı
Bank VTB (Azərbaycan) Azərbaycan-Rusiya hökumətlərarası komissiyanın iclasında iştirak edib
Gələn ilin yazında Azərbaycanda II Argus Neft Sammiti keçiriləcək
Dekabrda Bakıda IV “İnnovasiyalar zamanı 2019” Forumu keçiriləcək