Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin rus dilinin qorunub saxlanmasında MDB ölkələrini Azərbaycandan nümunə götürməyə çağırıb.
“Azərbaycana, burda rus dili üçün edilənlərə nəzər salın, Azərbaycan əla modeldir”,- deyə səfir Bakıda keçirilən MDB, Baltikyanı ölkələr və Gürcüstan tələbələrinin “Sülh göyərçinləri” Beynəlxalq forumununda çıxışı zamanı bəyan edib.
Onun sözlərinə görə, Azərbaycanın rus dilinin qorunub saxlanması istiqamətində gördüyü işlər ölkənin, eləcə də Rusiya-Azərbaycan münasibətlərinin xeyrinədir.
Forumda çıxış edən Belarus səfiri Nikolay Patskeviç qeyd edib ki, Azərbaycan fəal dinlərarası və millətlərarası meydana çevrilib.
“Bu ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi işinə xidmət edir, lakin əgər rus dili olmazsa, biz mədəniyyət və iqtisadiyytada çox şey itirərik”,- deyə səfir bildirib.
Tədbirə ev sahibliyi edən Bakı Slavyan Universitetinin rektoru Kamal Abdullayev qonaqları salamlayaraq qeyd edib ki, Azərbaycanda 19 rusdilli məktəb fəaliyyət göstərir, 140 məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır, bütün ali məktəblərin rus bölməsi var.
“Bizim ali məktəbdə Çin, Pakistan və digər ölkələrdən olan tələbələr rus dilini öyrənirlər. Avropa və ABŞ-dan gələn tələbələr üçün yay məktəbləri təşkil edilir”, - deyə rektor əlavə edib.
Bakıda MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə MDB, Baltikyanı ölkələr və Gürcüstan tələbələrinin “Postsovet məkanında rus və dövlət dillərinin qarşılıqlı əlaqəsi” mövzusunda forumu işə başlayıb.
Forumun işində dünyanın 12 ölkəsinin 15 ali məktəbindən 50 nümayəndə iştirak edir.
Tədbir aprelin 18-nə qədər davam edəcək.
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Bayramov Türkiyənin yeni XİN başçısını təbrik və Azərbaycana səfərə dəvət edib
Azərbaycan 2024-cü ildə OPEC+ çərçivəsində gündəlik hasilatı 133 min barrel azaldacaq
OPEC+ sazişi 2024-cü ildə uzadılacaq, Səudiyyə Ərəbistanı hasilatı könüllü olaraq bir daha azaldacaq
Ermənistan Rusiya ixracını əvəzləmək üçün silah almaq yollarını tapıb
Qriqoryan: KTMT-yə üzvlüyü Ermənistan üçün problemlər yaradır
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək