10-12 may tarixlərində Azərbaycanda keçiriləcək beynəlxalq turmir - Səmti müəyyən etmə idman növü üzrə Heydər Əliyev adına Açıq Kubok müstəqil Azərbaycanın tarixində ilk belə yarış olacaq. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko bildirib.
A.Mişenko Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyası Şurasının fəxri üzvü, 2012-ci ilin səmti müəyyən etmə idmanı üzrə Azərbaycan çempionudur.
"Bu yarışın keçirilməsi fəxri üzvü olduğum Azərbaycan Respublikası Səmti Müəyyən Etmə İdman Federasiyasının ikiillik fəaliyyətinin özünəməxsus yekunudur. Bu iki il müddətində Azərbaycanda səmti müəyyən etmə idman növü üzrə standartların beynəlxalq səviyyəyə çatdırılması istiqamətində iş aparılıb", - deyə səfir qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda bu idman növünün səviyyəsinin əhəmiyyəti dərəcədə yüksəlməsi respublikaya özünü tanıtdırmaq və birinci beynəlxalq yarışları yüksək təşkilati-texniki səviyyədə keçirmək üçün beynəlxalq idmançılar, o cümlədən milli komandalar dəvət etmək imkanı verdi.
A.Mişenko qeyd edib ki, artıq yarışda 5 ölkənin: Türkiyə, Ukrayna, Rusiya, Moldova və Gürcüstanın iştirakı təsdiqlənib, digər ölkələrin isə mümkün iştirakı haqqında danışıqlar gedir.
"Beynəlxalq Federasiyanın nümayəndəsi də olacaq. Sirr deyil ki, guya səmti müəyyən etmə üçün hansısa elit ölkələrin mövcud olması və daha başqa heç yerdə bu idman növünün inkişaf edə bilməməsi haqqında mif mövcuddur. Azərbaycanda keçiriləcək yarış bu idman növünün respubikada yayılmaması haqda mifi alt-üst edəcək. Sıx əlaqədə olduğumuz Beynəlxalq Federasiya iki il ərzində bizdə baş vermiş dəyişikliklərdən heyrətlənib. Bu, Mirəli Kazımovun başçılıq etdiyi Səmti Müəyyən Etmə İdman Federasiyasının səmərəli işi nəticəsində mümkün olub", - deyə diplomat vurğulayıb.
Səfir vergilər naziri Fazil Məmmədovun, gənclər və idman naziri Azad Rəhimovun, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Vaqif Axundovun və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin respublikada səmti müəyyən etmə idman növünün inkişafında xidmətlərini xüsusi qeyd edib.
"Biz belə əməkdaşlığı davam etdirməkdə maraqlıyıq. Yəni qarşıdakı yarış federasiyanın bu idman növünü kütləviləşdirmək, mümkün qədər daha çox gənc və uşaq cəlb etmək və veteranlara özlərini daha gənc hiss etməyə imkan vermək çağırışına fəal cavab verən nazirlik, idarə və ictimaiyyətin səylərinin simbiozu olacaq. Biz burada idmanın inkişafına dövlət tərəfindən böyük diqqət göstərilməsini müşahidə edirik və bu amil başqa ölkələr üçün də nümunə olmalıdır", - deyə A.Mişenko bəyan edib. Onun sözlərinə görə, ötən il Heydər Əliyev adına birinci milli kubokun keçirilməsi zamanı Beynəlxalq Federasiyanın nümayəndəsi gəlmişdi və Dövlət Sərhəd Xidmətinin yarışın keçirildiyi müddətdə öz səhra mətbəxini yarış iştirakçılarına verməsi onu heyrətləndirmişdi.
"Beynəlxalq Federasiya bu faktı öz məruzəsində qeyd edib. Xüsusilə vurğulanıb ki, Azərbaycanda dövlət və ictimai hərəkatların səylərinin birləşdirilməsi sayəsində belə uğurlara nail olmaq mümkün olub", - deyə səfir söyləyib.
Diplomat qeyd edib ki, hələ iki il əvvəl, onun özünün də iştirak etdiyi birinci respublika çempionatına cəmi 26 idmançı qatılmışdı ki, bu da son dərəcə aşağı göstəricidir.
“Buna baxmayaraq, ötən il turnirdə 139 idmançı iştirak edib. Bu il isə biz artıq 250 iştirakçının olacağını gözləyirik. Bu cür irəliləyiş bizi sevindirir”, - deyə A.Mişenko bildirib.
O qeyd edib ki, turnir Azərbaycan Federasiyasının öz elektron qeyd olunma sistemi üzrə keçiriləcək.
Yarışların dərəcəsini beynəlxalq səviyyəyə çatdıran elektron qeyd olunma sistemi əldə edilib. Beləliklə, biz bu idman növünü maksimum dərəcədə kompüterləşdirmişik. Elektron qeyd olunma sistemi - nəticələrin maksimum dəqiq müəyyən edilməsi, məsafədə bütün mümkün maxinasiyaların istisna olunmasıdır. Bu, hər bir idmançının özünü tabloda görə biləcəyi prosesin dəqiq və aydın olmasıdır. Yəni burada heç nəyi saxtalaşdırmaq mümkün deyil və heç bir hakimlər kollegiyası nəticələri saxtalaşdıra bilməz”, - deyə səfir vurğulayıb. Onun sözlərinə görə, bu gün Azərbaycanın şimalında yerləşən Nabran şəhəri faktiki olaraq səmti müəyyən etmə regional mərkəzinin beynəlxalq standartlarına cavab verir. Orada turist bazaları, səmti müəyyən etmə xəritələri mövcuddur.
“Bizim ukraynalı mütəxəssis Mixail Puqaç bu gün Azərbaycanda mövcud olan 11 xəritəni tərtib edib. Bu bizə artıq yarış keçirmək imkanı verib”, - deyə səfir bildirib.
O məlumat verib ki, turnir iki kateqoriya üzrə keçiriləcək. Onlardan “Kişilər və qadınlar-21” əsas hesab olunur. İkinci kateqoriyaya yeni iştirakçılar daxildir.
“Gələcəkdə isə payızda keçiriləcək respublika çempionatı yaş kateqoriyaları üzrə olacaq: uşaq kateqoriyası – 14 yaşa qədər və 21 yaşdan yuxarı – veteranlar üçün. Dünyanın bütün ölkələrində kateqoriyalar praktiki olaraq 10 il üzrə bölünür. Biz hər bir iştirakçı üçün rahat şərait yaratmaq məqsədilə yavaş-yavaş bu kateqoriyaları genişləndirməyə başlayırıq. 60 yaşlı veteran 21 yaşlı gənc oğlanla birgə qaça bilməz. Bu səbəbdən biz iki kateqoriyaya bölmüşük. Gələn dəfə üç kateqoriya olacaq. Düşünürəm ki, hər kəsə imkan yaratmaq üçün biz növbəti Heydər Əliyev Kubokuna standartlara uyğun çıxacağıq. Məsələn, Ukraynada yarışlar ən azı 12 yaş kateqoriyası üzrə keçirilir. Burada da biz buna nail olmağa çalışırıq”, - deyə diplomat qeyd edib.
O deyib ki, turnirin açılışı mayın 10-da keçiriləcək və Xaçmazda Heydər Əliyevin abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayacaq. Bundan sonra Nabranda rəsmi açılış mərasimi keçiriləcək.
“Qonaqlarımızın iki il ərzində əldə etdiyimiz nailiyyətlərdən məmnun olacağını gözləyirik. Səmti müəyyən etmə sisteminin təşkilatçıları kimi bizim üçün isə bu, böyük sınaq, nəyi düzgün, nəyi səhv etdiyimizin yoxlanılması üzrə imtahandır. Əgər bu yarış KİV tərəfindən dəstəklənsə, o zaman növbəti yarışlara, sentyabrda keçiriləcək Açıq Respublika Kubokuna biz daha artıq iştirakçı cəlb edəcəyik”, - deyə A.Mişenko bildirib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət