Milli Məclis bu gün Cinayət Məcəlləsinə KİV-lərdə və internet informasiya ehtiyatında böhtan və təhqirə görə cəza tətbiq edilməsini nəzərdə tutan düzəlişləri qəbul edib.
Qəbul edilmiş dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrinə kütləvi internet informasiya ehtiyatında yayılan təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb edilməni nəzərdə tutan müddəalar daxil edilib.
“Cinayət Məcəlləsinə sözügedən dəyişikliklərin daxil edilməsi internet informasiya ehtiyatında təhqir və böhtan cinayətlərinin daha səmərəli şəkildə qarşısının alınması, belə hallara qarşı mübarizənin gücləndirilməsi, habelə insan hüquq və azadlıqlarının qorunmasını təmin edəcək”, - deyə Milli Məclisin Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Onun sözlərinə görə, qanun layihəsinin hazırlanması zamanı başqa dövlətlərin vergi qanunvericiliyi təcrübəsindən istifadə olunub.
Layihə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın müddəalarına uyğun hazırlanıb”, - deyə Əli Hüseynli bildirib.
İndiyədək 147-ci maddə (böhtan) böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində yaymaya görə 500 manatadək cərimə və ya 240 saatadək müddətdə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və yaxud altı ayadək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tuturdu.
Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılır.
Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində səxsiyyətin şərəf və ləyaqətinin alçaldılması 300 manatdan 1 min manatadək və ya 240 saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan yanvarda “Premium Euro-95” markalı benzin idxalını 2,8 dəfə artırıb
Azərbaycan bankları bu gün valyuta hərracında $94,6 milyon cəlb edib
Azərbaycan və Türkmənistan sığorta sahəsində əməkdaşlığın qurulması ilə bağlı razılığa gəlib
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət