Azərbaycan Mərkəzi Bankı (AMB) nağdsız ödənişlərin aparılmasının stimullaşdırılması üzrə təkliflər paketi hazırlayır. Bu barədə bankın İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev cümə axşamı məlumat verib.
“Dövlət başçısının tapşırığına əsasən, AMB digər müvafiq dövlət strukturları kimi, nağdsız hesablaşmaların stimullaşdırılması üzrə təkliflər paketi hazırlayır. Paketdə bir sıra güzəştlər və stimullaşdırıcı tədbirlər nəzərdə tutulur. Bunların arasında bəzi növ malların idxal zamanı ƏDV və dövlət rüsumlarından (bank kartları vasitəsilə ödənişlər – İF-Az) azad edilməsi və s. təkliflər daxildir”, - deyə A.Quliyev “Həyat Visa ilə rahatdır” milli marketinq kampaniyasının təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, “Nağdsız ödənişlərin stimullaşdırılması haqqında” qanun layihəsinə parlament tərəfindən artıq payız sessiyasında baxıla bilər.
“Təəssüflə qeyd etməliyəm ki, ölkədə nağdsız ödənişlərin səviyyəsi o qədər də yüksək deyil, baxmayaraq ki, bunun üçün bütün zəruri şərait, maliyyə infrastrukturu yaradılıb. Tranzaksiyaların ümumi sayından 93-94% vəsaitlərin nağdlaşdırılmasının, 6-7% isə digər əməliyyatların payına düşür”, - deyə o nəzərə çatdırıb.
Yuxarıda qeyd olunan problemlərin səbəblərinə toxunan A.Quliyev bildirib ki, bu, “vergidən yayınma, kölgə iqtisadiyyatı, əhalinin məlumatlı olmaması ilə əlaqədardır”.
A.Quliyev vurğulayıb ki, nağd hesablaşmaların xüsusi çəkisi ümumi pul kütləsinin 65%-ni təşkil edir və bu, yüksək göstərici hesab olunur. “Lakin biz bu göstəricinin azalması tendensiyasını da müşahidə edirik. Məsələn, 4 il öncə bu göstərici 80% təşkil edirdi”, - deyə o izah edib.
A.Quliyevin sözlərinə görə, hazırda Azərbaycanda 5 mln.-dan artıq ödəniş kartı dövriyyədədir. Bunların 3 mln.-u (65%) “Visa” beynəlxalq ödəniş kartının payına düşür.
“Visa İnc.” beynəlxalq kart təşkilatının MDB və Cənub-Şərqi Avropa ölkələri üzrə baş meneceri Katarjina Sosinin sözlərinə görə, Azərbaycanın ticarət obyektlərində “Visa” plastik kartları vasitəsilə əməliyyatların həcmi (2012-ci ildə - İF-Az) 51%, tərəfdaş obyektlərin sayı 64% artıb.
“Azərbaycan nağdsız ödənişlərin stimullaşdırılması üzrə düşünülmüş və uzlaşdırılmış siyasət aparır. Biz hər vasitə ilə bu siyasəti dəstəkləyirik. Bizi sevindirən həm də odur ki, nağdsız hesablaşmaların stimullaşdırılması həm də ƏDV-dən azad edilmə v s. kimi tədbirlər hesabına həyata keçirilir”, - deyə K.Sosin bildirib.
O, həmçinin əmindir ki, yaxın gələcəkdə Azərbaycanda nağdsız ödənişlərin həcmi nağd ödənişləri ötəcək.
“Avropa İttifaqının (Aİ) hesabatına əsasən, Avropa ölkələrində kölgə iqtisadiyyatının həcmi 2,1 trln. avro – Aİ iqtisadiyyatının 18,%-nə çatır. Həmin hesabatda qeyd olunur ki, bu problemi nağdsız ödənişlər vasitəsilə həll etmək mümkündür. Nağdsız ödənişlərin 1% artımı 0,5% iqtisadi artım deməkdir”, - deyə K.Sosin izah edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət