Azərbaycan Beynəlxalq Bankı (ABB) 2012-ci ildə əldə etdiyi xalis mənfəətin 14,1 mln. manatını dividendlərin ödənilməsinə yönəldəcək. Bu barədə bankın məlumatında deyilir.
İllik 5,2% həcmində dividendlərin ödənilməsinə dair qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul edilib.
2012-ci ilin yekunları üzrə bank 52,9 mln. manat məbləğində mənfəət əldə edib. Səhmdarlar 28,3 mln. manat məbləğində mənfəətin bir hissəsini nizamnamə kapitalının artırılmasına yönəltməyi qərara alıb. Nəticədə hər səhmin nominal dəyəri bir qiymətli kağız üçün 0,24 manatdan 0,26 manata qədər artacaq. Bundan başqa, 14,1 mln. manat səhmdarların dividendlərinin ödənilməsinə yönəldiləcək, qalan məbləğ bölüşdürülməmiş xalis mənfəət şəklində qalacaq”, - deyə məlumatda qeyd edilir.
ABB-nin məlumatına görə, son 12 il ərzində bankın aktivləri 25 dəfə, kredit portfeli 30 dəfə, müştəri depozitləri 58 dəfə, nizamnamə kapitalı 148 dəfə artıb.
Bu dövr ərzində bankın ehtiyatları 24 dəfə - 727 mln. manata qədər, müştərilərin sayı 37 dəfə - 967,759 min nəfərə qədər artıb.
Məlumatda qeyd edilir ki, səhmdarların digər qərarı ilə Cahangir Haciyevin ABB-nin İdarə Heyətinin sədri qismində səlahiyyətləri növbəti dörd il müddətinə uzadılıb.
Azərbaycan Beynəlxalq Bankı 1992-ci ildə təsis edilib və Azərbaycanın ən iri bankıdır. Hazırda bankın səhmlərinin 50,2%-i dövlətə, 49,8%-i özəl səhmdarlara məxsusdur. ABB-nin səhmdarları 14 hüquqi və 1556 fiziki şəxsdir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət