Bu ilin iyun ayında Azərbaycanın kitabxana ictimaiyyəti əlamətdar tarixi - Azərbaycan Prezidenti İşlər İdarəsinin Prezident Kitabxanasının 10 illik yubileyini qeyd edir.
Prezident Kitabxanası dövlət idarəetmə orqanları işçilərinin kitabxana-biblioqrafiya və informasiya təminatını həyata keçirən əsas kitabxanadır.
Hamıya məlumdur ki, sənədlər, ilk növbədə, mühüm və aktual informasiyanın əks olunduğu kitablar insan fəaliyyətinin bütün sahələrində əvəzolunmaz vasitədir.
Dövlət idarəçiliyi prosesinin həyata keçirilməsi üçün vacib şərtlərdən biri hökumətin kitabxana kimi təkmilləşdirilmiş informasiya təminatı sisteminin mövcudluğudur. Bu səbəbdən ölkəmizdə bilavasitə dövlət orqanlarına xidmət edən kitabxanalara hər zaman önəm verilib. Hələ ötən əsrin birinci rübündə respublikada siyasi hakimiyyət strukturlarına xidmət edən partiya kitabxanaları şəbəkəsi yaradılıb. ХХ əsrin 90-cı illərinin sonuna kimi isə respublikada yüzə yaxın partiya kitabxanalarından ibarət geniş kitabxana şəbəkəsi formalaşıb. Partiya kitabxanalarının işini S.M.Kirov adına Siyasi Maarif Evinin kitabxanası əlqələndirib. Bu kitabxana bilavasitə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Aparatına da xidmət edib.
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra cəmiyyətin bir çox sahələrində, o cümlədən kitabxana sahəsində əsaslı dəyişikliklər baş verdi. Kommunist Partiyası buraxıldıqdan sonra onun kitabxanası şəbəkəsi ləğv edildi. Lakin dövlət icra hakimiyyətinin ali orqanı, Prezident Aparatı işçilərinin vaxtında mühüm informasiya ilə təmin olunması istiqamətində kəskin zərurəti nəzərə alaraq 1993-cü ildə keçmiş S.M.Kirov adına Siyasi Maarif Evinin kitabxanası Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Təsərrüfat şöbəsinin sərəncamına verilib. O vaxtdan etibarən kitabxana ali icra hakimiyyəti, eləcə də icra hakimiyyətinin digər orqanlarının mütəxəssislərinə xidmət göstərməyə başlayıb. 23 yanvar 2003-cü ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə keçmiş V.İ.Lenin adına Mərkəzi şəhər kitabxanasının binası fondla birlikdə kitabxanaya verilib. Bu iki kitabxananın əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası təsis edilib.
2006-cı ildə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev kitabxanada olduğu zaman onun işini yüksək qiymətləndirib. O, geniş oxucu kütləsinin kitabxananın zəngin fondundan faydalana bilməsi üçün bu fonddan sərbəst istifadəni təmin etməyi tövsiyə edib. 9 yanvar 2007-ci ildə Azərbaycan Prezidenti İşlər İdarəsinin rəhbərinin sərəncamı və direktorun əmri ilə kitabxana Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanası adlandırıldı.
Hazırda Prezident Kitabxanasının vəzifələrinə aşağıdakılar daxildir: istifadəçilərin informasiya tələbatını tam təmin etməyə imkan verən zəngin kitabxana fondunun formalaşdırılması, istifadəçilərə yeni informasiya texnologiyalarına əsaslanan kitabxana-biblioqrafik və informasiya xidmətlərinin təqdim olunması, müxtəlif mövzu və təyinatlı biblioqrafik vəsaitlərin tərtibatı, istifadəçilər tərəfindən ən çox soruşulan mövzular üzrə portal, layihə, elektron sənəd toplusu, tematik saytların yaradılması, həm kitabxanada, həm də məsafədən kitabxananın saytı və elektron poçt vasitəsilə sənəd, analitik və biblioqafik informasiyanın təqdim olunması vasitəsilə istifadəçilərə xidmət göstərilməsi.
Ötən on il ərzində kitabxanada kitabxana texnologiyalarının təkmilləşdirilməsi istiqamətində böyük iş görülüb. Ən başlıcası budur ki, kitabxanada bütün kitabxana-biblioqrafik prosesləri avtomatlaşdrmağa imkan verən kompleks sistem tətbiq olunub. İndi fondun komplektləşdirilməsi, kataloq və biblioqrafik vəsaitlərin tərtibatı, biblioqrafik axtarış, oxucuların uçotu, kitabların verilməsinin qeydiyyatı və digər kitabaxana prosesləri bu sistem vasitəsilə keyfiyyətlə və sürətlə həyata keçirilir.
Kitabxana fondunda sənədlərin axtarışı və biblioqrafik və faktoqrafik informasiya tələbatının təmin olunması üçün elektron kataloqla yanaşı, kitabxanada çoxlu sayda müxtəlif mövzu və təyinatlı biblioqrafik soraq kitabçaları və xronoloji vəsaitlər tərtib edilir və yenilənir.
Kitabxanada e-resurs və e-layihə tipli topluların daxil olduğu tammətnli sənəd-informasiya toplularının tərtibatı sahəsində də zəngin təcrübə toplanıb. Hazırda kitabxanada 11 adda e-resurs və 10 adda e-layihə tərtib olunub. Onların arasında xüsusilə aşağıdakları qeyd etmək lazımdır: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin nitqləri, çıxışları, müsahibələri və bəyanatları: 2003-2013”, “İlham Əliyev və Azərbaycanın neft diplomatiyası”, “Əsrin müqaviləsi”, “Olimpiya hərəkatı”, “Xoşməramlı səfir”, “Heydər Əliyev: Elekton sənədlər toplusu”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xarici siyasət fəaliyyəti”, “Azərbaycan - Odlar yurdu”, “ХХ əsrin faciəsi – Xocalı soyqırımı”, “Azərbaycan: dövlət rəmzləri və atributları”.
Bu toplulardan başqa, kitabxanada digər tammətnli sənəd resursları da yaradılır ki, bunlara kitabların elektron versiyalarını və mətbuatda dərc edilmiş məqalələri aid etmək olar. Elektron versiyaya keçirilməsi üçün sənədlərin seçimində, ilk növbədə, mövzunun aktuallığı və problemin vacibliyi nəzərə alınır. Kitabxananın yuxarıda qeyd olunan bütün resursların yerləşdirildiyi saytı var.
Yubiley münasibətilə 28-29 iyun tarixlərində Prezident Kitabxanasında “Dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı: müasir vəziyyəti və inkişaf perspektivləri” Beynəlxalq elmi-praktik konfransın keçirilməsi planlaşdırılır. Tədbirdə əldə edilmiş nailiyyətlərin ümumiləşdirilməsi, həmkarların daha zəngin təcrübəsinin öyrənilməsi, həmçinin bu təcrübənin təbiqinə dair tövsiyələrin alınması nəzərdə tutulur.
Konfransda dövlət müəssisələri mütəxəssislərinin sənəd və biblioqrafik informasiya təminatı ilə bağlı aktual məsələlər müzakirə olunacaq. Konfransın işində respublikanın kitabxana işi sahəsində tanınmış mütəxəssisləri, kitabxana fəaliyyəti ilə bağlı bir sıra dövlət qurumlarının nümayəndələri, 10 xarici ölkədən (Belarus, Gürcüstan, Qazaxıstan, Litva, Moldova, Macarıstan, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna) mütəxəssislər iştirak edəcəklər. Dəvət olunan qonaqların əksəriyyəti dövlət icra və qanunverici hakimiyyət orqanları işçilərinin kitabxana-biblioqrafik və sənəd-informasiya təminatı ilə məşğul olan mütəxəssislərdir.
Ümid edirik ki, keçiriləcək beynəlxalq elmi tədbir dövlət idarəetmə orqanlarının sənəd-informasiya təminatı üzrə fəaliyyətini təkmilləşdirməyə, müvafiq strukturların, ilk növbədə, kitabxanaların beynəlxalq əlaqələrinin möhkəmlənməsinə yardım edəcək, eləcə də bu sahədə elmi təhlilin aparılmasına və qabaqcıl iş təcrübəsinin yayılmasına şərait yaradacaq.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaların həcmi 6% artıb
AMB: 2023-cü ildə Azərbaycanın xaricdə birbaşa xarici investisiyaları $3,1 milyard təşkil edib
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət