Bakı metropoliteni iyulun 1-dən qatarların yay hərəkət qrafikinə keçir. Bu barədə metropolitenin rəsmi saytında məlumat verilir.
Yay hərəkət cədvəlinə əsasən, sərnişin axınının son dərəcə azalması nəzərə alınaraq, “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə qatarlar arasında interval gur saatlarda (8:00-dan 10:00-a qədər və 17:00-dan 19:30-a qədər) 2,5 dəqiqə təşkil edir.
“28 May” stansiyasından “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində hərəkət edən qatarlarda bu müddət iki dəfə artıq, yəni 5 dəqiqə olur.
Günün digər vaxtlarında qatarlar “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə 3 dəqiqə intervalla hərəkət edir. “İçərişəhər” və “Dərnəgül” stansiyaları istiqamətində və əksinə hərəkət zamanı interval 6 dəqiqə təşkil edir.
İstirahət günlərində qatarların hərəkəti 3 dəqiqə təşkil edəcək.
Qeyd edək ki, cari ilin sentyabr ayında qatarların payız qrafikinin tətbiqinə başlanılacaq və həmin qrafik 2014-cü ilin iyul ayına qədər etibarlı olacaq.
Bakı Metropoliteni 1967-ci ildən fəaliyyət göstərir. Hazırda metropoliten 2 xətt və 23 stansiyadan ibarətdir. Bakı Metropolitenində sərnişin daşımalarının illik həcmi 200 mln. nəfər təşkil edir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət