“Gürcüstan Dəmir Yolları” ASC-nin baş direktoru Mamuka Baxtadze hesab edir ki, Abxaziya ərazisindən keçməklə Rusiya ilə dəmir yolu əlaqəsinin bərpa edilməsi heç bir halda Bakı-Tbilisi-Qars dəmir yolu magistralının tikintisinə zidd deyil.
“Əksinə, dəmir yolunun Abxaziya hissəsinin açılması ilə biz real olaraq üç istiqamət əldə etmiş oluruq: Abxaziyadan Türkiyəyə qədər cənub istiqaməti; əsas xətt - Qara dəniz istiqamətində Şərq-Qərb dəhlizi; şimal istiqaməti”, - deyə M.Baxtadze bazar ertəsi axşam “İmedi” telekanalının “Qlavnıy faktor” verilişində bildirib.
Bununla yanaşı, o vurğulayıb ki, bu layihənin həyata keçirilməsi hər şeydən əvvəl siyasi məsələdir. “Mən "Gürcüstan Dəmir Yolları” ASC-nin baş direktoru olaraq yalnız iqtisadi və texniki məsələlər barədə danışa bilərəm”, - deyə M.Baxtadze bildirib.
Onun sözlərinə görə, dəmir yolunun Abxaziyadan keçən hissəsi hələ 2005-ci ilin oktyabr ayında ətraflı öyrənilib, o zaman Gürcüstan hökumətinin tapşırığı ilə mütəxəssislər dolğun hesabat hazırlamışdılar.
“İnqiri stansiyasından (Gürcüstan-Abxaziya sərhədində - İF) Rusiya sərhədinə qədər dəmir yolu xətti təxminən 190 km təşkil edir. Hazırda Rusiyadan Suxumi istiqamətinə qeyri-sabit əlaqə mövcuddur”, - deyən M.Baxtadze əlavə edib ki, Suxumi-Oçamçira hissəsi artıq bərpa edilib, Oçamçira-İnqiri hissəsinə gəlincə, bu hissəni faktiki olaraq sıfırdan başlayaraq bərpa etmək lazımdır.
Baş direktor Abxaziya dəmir yolunun bərpasının neçəyə başa gələcəyi barədə konkret rəqəm söyləməyib. “Əgər müddət barədə danışsaq, hesab edirəm ki, siyasi iradə olarsa və mövcud resurslar səfərbər edilərsə, buna 18 ay tələb olunacaq”, - deyə M.Baxtadze bildirib.
Xəbər verildiyi kimi, iyulun 3-də Gürcüstanın baş naziri Bidzina İvanişvili mətbuat konfransında bəyan edib ki, Abxaziya ərazisindən keçməklə Rusiya ilə dəmir yolu əlaqəsinin bərpa edilməsini həddindən artıq siyasiləşdirilmiş məsələ hesab edir.
“Təbii ki, bu dəmir yolu açılmalıdır. İstənilən yeni kommunikasiya bizim Abxaziya ilə münasibətlərimizi yaxşılaşdıracaq. Lakin təəssüf ki, bu məsələ son dərəcə siyasiləşdirilib”, - deyə B.İvanişvili söyləyib.
Onun sözlərinə görə, məhz bu səbəbdən Gürcüstan tərəfi məsələyə ehtiyatla yanaşır. “Biz çox ehtiyat edirik, çünki bütün maraqlı tərəflərlə, o cümlədən Rusiya ilə və xalq diplomatiyası vasitəsilə Abxaziya ilə aydınlaşdırılmalı olan məsələlər var”, - deyə baş nazir bəyan edib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət