Maliyyə Nazirliyi 2014-cü və 2015-2017-ci illər üçün Azərbaycanın dövlət büdcəsinin formalaşdırılması zamanı iqtisadiyyatın prioritet sahələrinin modernləşməsi, iqtisadiyyatın şaxələnməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına diqqət yetirəcək. Bu baədə maliyyə naziri Samir Şərifov Maliyyə Nazirliyinin geniş kollegiya iclasında bəyan edib.
“Gələn il xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur”, - deyə nazirliyin məlumatında S.Şərifovun sözlərindən sitat gətirilir.
O, nazirliyin aparatının aidiyyatı struktur bölmələrinə icmal büdcənin göstəricilərinin tərtibi zamanı dövlət büdcəsinin real maliyyə imkanlarını nəzərə almaqla, xərclərin proqnozlaşdırılmasına mühafizəkar yanaşılması, büdcənin tərtibi prosesini vaxtında başa çatdırmaqla müvafiq büdcə layihələrini hazırlayıb aidiyyatı üzrə təqdim etmələri barədə tapşırıqlar verib.
Nazir vurğulayıb ki, 2003-2012-ci illərdə ölkə üzrə ümumi daxili məhsulun nominal həcmi 7,6 dəfə artıb, ÜDM strukturunda özəl sektorun xüsusi çəkisi 73,3%-dən 83,5%-ə qalxıb. Ölkə iqtisadiyyatına $100 mlrd. məbləğində investisiya qoyulub.
Onun sözlərinə görə, son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə artıb. Bununla yanaşı, bu dövrdə dövlət büdcəsinin xərcləri 14,1 dəfə - 17,4 mlrd. manata qədər artıb.
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında təkrar artım qeydə alınıb
Azərbaycanda 9 minə yaxın hərbi qulluqçu COVID-19 əleyhinə vaksinasiya olunub
Azərbaycanda COVID-19-a gündəlik yoluxma hallarının sayında cüzi azalma qeydə alınıb
Prezident Əliyev Abşeron rayonunda bir sıra sosial obyektlərin açılışında iştirak edib
Nazirlər Kabineti Göyçay şəhərinin 2035-ci ilə qədərki dövrdə inkişafına dair Baş planı təsdiq edib
Ermənistan Baş Qərargahın rəis müavini Qarabağ hadisələri ilə bağlı cinayət işininn fiqurantı oldu
Ermənistanın Baş Qərargah rəisi martın 4-də avtomatik olaraq səlahiyyətlərindən məhrum ediləcək
Vüsal Qasımlı: Qarabağda tikinti bumu bütün iqtisadiyyatı canlandıra bilər
Yelo Bank 2021-ci ildə mənfəətə hədəflənib
Brayza: Azərbaycanda türk hərbçilərinin olması bölgədə geostrateji tarazılığı təmin edəcək
Yelo Bank-dan yeni və parlaq mobil əlavə
Azərbaycanda ilk dəfə jest dili lüğətinin veb səhifəsi hazırlanır
Azərbaycan hökuməti payızda “Dayanıqlı İnkişafa dair İkinci Bakı Forumu”nun təşkilini planlaşdırır
Dekabrda Bakıda 31-ci Beynəlxalq Enerji Xartiyası Konfransı keçiriləcək
Rusiya mətbuatı: Dağlıq Qarabağ: xunta özündən sonra nə qoyub?