2013-cü ilin I yarısında “BTC Co” şirkətinin (Bakı-Tbilisi-Ceyhan - BTC neft kəmərinin tikintisi və istismarı üzrə operator) BTC layihəsi üzrə əsaslı xərcləri 2012-ci ilin analoji dövrü ilə müqayisədə 37,5% - $26 mln.-a qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “BTC Co” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“2013-cü ildə BTC neft kəmərinə xidmət üzrə əsas xərclərin həcmi $97 mln. səviyyəsində planlaşdırılır. I yarımillikdə bu məbləğdən $26 mln.-u xərclənib”, - deyə şirkətin nümayəndəsi bildirib.
Şirkətin məlumatına görə, BTC neft kəmərinin istismara verildiyi 2006-cı il iyunun 4-dən 2013-cü il iyun ayının sonuna qədər olan vəziyyətə görə, Ceyhan limanında 2227 tanker yüklənib, yəni BTC kəməri ilə dünya bazarına 229 mln. ton neft çatdırılıb.
BTC neft kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 mln. barel neft təşkil edir. 2013-cü ilin I yarısında bu boru kəməri vasitəsilə 17 mln. ton neft nəql edilib, Ceyhan terminalından 169 tanker yola salınıb.
Hazırda BTC neft kəməri ilə “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan hasil edilən neft və “Şahdəniz” yatağından çıxarılan kondensat nəql olunur.
Bundan başqa, 2010-cu ilin iyun ayından başlayaraq BTC kəməri ilə Türkmənistan neftinin nəqli həyata keçirilir.
BTC neft kəmərinin uzunluğu 1768 km-dir. Bunun 443 km-i Azərbaycan, 248 km-i Gürcüstan, 1077 km-i Türkiyə ərazisindədir. Boru kəmərinin ötürmə qabiliyyəti sutkada 1,2 mln. barel neft təşkil edir.
Layihənin iştirakçıları “bp” (30.1%); SOCAR (25.00%); “Chevron” (8.90%); “Statoil” (8.71%); TPAO (6.53%); ENI (5.00%); “Itochu” (3.40%); “ConocoPhillips” (2.50%); “INPEX” (2.50%), “Total” (5.00%) və “ONGC” (2.36%) şirkətləridir.
Azərbaycanda COVID-19-a yoluxma hallarının sayı artıb
AİBNDX 2022-ci ildə daxil olan şikayətlər üzrə istehlakçılara 318 min manat vəsaiti geri qaytarıb
Azərbaycan Zəngilan Beynəlxalq Hava Limanında dövlət sərhədindən buraxılış məntəqəsi yaradır
Prezident Əliyev “Şabran” İstirahət Kompleksinin açılışında iştirak edib - YENİLƏNİB
BBQ: Azərbaycan Ermənistan üzərində böyük hərbi üstünlüyə malikdir
Paşinyan Ermənistan ordusunu qadınlar hesabına gücləndirməyi planlaşdırır
İran XİN və DİN başçıları Azərbaycanın Tehrandakı səfirliyinə hücumu müzakirə ediblər
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
Yelo Bank-ın mikro krediti ilə biznes məqsədlərinizə çatın
Birbank lotereyasının qalibləri müəyyən olundu
Bank Respublika və IFC sahibkarlığın dəstəklənməsi üçün iri həcmli kredit sazişi imzalayıb
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək
Oktyabrın sonunda Bakıda XV Verona Avrasiya İqtisadi Forumu keçiriləcək
Sentyabrın əvvəlində Bakıda “ADEX” Beynəlxalq Müdafiə Sərgisi keçiriləcək
Soçi yağışı Paşinyanın ümidlərini yuyub apardı
Brüssel-2022: Gündəmi Bakı diktə edir, beynəlxalq tərəfdaşlar isə onu dəstəkləyir