Naxçıvan şəhərinin Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin yeni binası istifadəyə verilib. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iştirak edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
“Ölkəmizdə təhsilin inkişafına hərtərəfli dövlət qayğısı göstərilir, bu sahənin maddi-texniki bazası gücləndirilir. Yeni məktəb binaları tikilir, tədrisin müasir tələblər səviyyəsində qurulması üçün lazımi şərait yaradılır. Görülən işlərin davamı kimi Əliabad qəsəbəsində 16 nömrəli tam orta məktəbin binası da müasir tələblər səviyyəsində yenidən qurularaq istifadəyə verilib”, - deyə V.Talıbov açılış mərasimində bildirib.
Onun sözlərinə görə, hər bir ölkənin gələcək inkişafı məktəblərdən asılıdır. Ona görə ki, bu gün məktəblərdə yetişdirilən gənc nəsil dövlətin gələcək inkişafını müəyyən edəcək. “Məktəbin qarşısında duran əsas vəzifələrdən birincisi təhsilli gənclər hazırlamaqdırsa, ikincisi isə ölkəmiz və xalqımız üçün əsl vətəndaş yetişdirməkdir”, - deyən Ali Məclisin sədri bildirib ki, ölkəmizdə məktəb işinə, gənclərin hərtərəfli hazırlanmasına xüsusi diqqət yetirilir. Azərbaycan müstəqil dövlət kimi dünya ölkələri içərisində öz layiqli yerini tutub. Bu yeri daha da möhkəmləndirmək, ölkəmizi daha da inkişaf etdirmək üçün isə təhsilli və vətənpərvər gənclər lazımdır. Ona görə də məktəbdə təhsil alan hər bir gənc hərtərəfli biliyə sahib olmalı, müəllim tələbkarlığı və şagird çalışqanlığı artırılmalı, təhsilli və intellektli gənclər yetişdirilməlidir.
Pedaqoji kollektivin fəaliyyətini yüksək qiymətləndirən V.Talıbov deyib ki, 16 nömrəli tam orta məktəbdə qazanılan nailiyyətlər tələbkarlığın, işə məsuliyyətlə yanaşmanın və müəllim-şagird münasibətlərinin düzgün qurulmasının nəticəsidir. Ötən tədris ilində məktəbin məzunlarının ali və orta ixtisas məktəblərinə qəbul olunması, tələbə adını qazanan 23 məzundan 5-nin 500-700 intervalında yüksək bal toplaması məktəbin nailiyyətidir. O, qazanılan uğurlara görə məktəbin kollektivinə təşəkkürünü bildirib, onlara tədrisdə uğurlar arzulayıb.
846 şagird yerlik məktəb binası 4 mərtəbədən ibarətdir. Binada 47 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinet, 3 kompyuter otağı, kitabxana, idman zalı və bufet var. Məktəbin kompyuter otaqlarında internetə çıxışı olan 57 kompyuter dəsti quraşdırılıb, 4 elektron lövhəli sinif yaradılıb.
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri mayda görüşəcəklər
Ağ Ev İsrail və Livanı sərhəddə vəziyyəti dərhal normallaşdırmağa çağırıb
Ağ Ev: “Crocus City Hall”da terror aktına görə yalnız İŞİD məsuliyyət daşıyır
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət