Azərbaycan hökuməti innovasiyalar sahəsində layihələr həyata keçirməyi planlaşdıran amerikalı investorların təkliflərini istənilən səviyyədə dəstəkləməyə hazırdır. Bu barədə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bəyan edib.
“Kiçik ölkədə böyük iqtisadiyyat yaratmaq üçün innovativ iqtisadiyyatı inkişaf etdirmək lazımdır. Öz adımdan əmin edə bilərəm ki, Azərbaycan hökuməti, həmçinin rəhbərlik etdiyim nazirlik Azərbaycanda İKT sektoruna investisiya yatırmaq istəyən amerikalı iş adamlarına hərtərəfli kömək göstərməyə hazırdır”, - deyə Ə.Abbasov çərşənbə axşamı Bakıda Azərbaycan-ABŞ İKT Forumunda çıxışı zamanı bildirib.
“Azərbaycan enerji potensialına görə ABŞ-ı və digər ölkələri cəlb edir. Biz artıq öz qarşımızda məsələ qaldırmışıq: enerji ehtiyatları tükəndikdən sonra biz nə edəcəyik? Bu sual “Azərbaycan-2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb”, - deyə nazir qeyd edib.
Ə.Abbasov amerikalı iş adamlarına Azərbaycanda iri layihələrdə, o cümlədən regional layihələrdə iştirak etməyi təklif edib. “Amerikalı iş adamları Azərbaycan hökumətinin həyata keçirdiyi layihələrdə fəal iştirak edə bilər. Bundan əlavə, Azərbaycan regional layihələrin həyata keçirilməsində koordinator rolunda çıxış edə bilər”,- deyə Ə.Abbasov vurğulayıb.
O, böyük hissəsi ixrac ediləcək innovasiya məhsullarının istehsalı üzrə layihələrə xüsusi diqqət çəkib.
“ABŞ hər zaman Azərbaycanda iqtisadiyyatın şaxələnməsini dəstəkləyib. Azərbaycan böyük sürətlə inkişaf edən kiçik ölkədir və bu, ölkəyə regional lider kimi mövqeyini qorumağa kömək edəcək”, - deyə ABŞ-ın Bakıdakı səfiri Riçard Morninqstar bildirib.
Amerikalı diplomat ölkə iqtisadiyyatının inkişafına kömək edəcək üç istiqaməti inkişaf etdirməyi tövsiyə edib: əqli mülkiyyətin müdafiəsi, gömrük və vergi sahələrində islahatların aparılması və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlük. “Azərbaycan ÜTT-nin üzvü olaraq ixrac potensialının artmasına nail olacaq”, - deyə səfir qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət