Azərbaycanda əsl bebi-bum müşahidə olunur. Əgər 2012-ci ildə dünyaya 168 183 körpə göz açıbsa, 2013-cü ildə bu göstərici 3,3% artaraq 173 666-ya bərabər olub. Bu barədə Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin bu günlərdə yaydığı məlumatda deyilir.
Son 10 ildə ölkədə doğum səviyyəsi nəzərə çarpacaq dərəcədə yüksəlib. Hələ 90-cı illərin əvvəlində Azərbaycan 2020-ci ilə qədər əhalinin sayını 9 mln.-a çatdırmağı qarşıya məqsəd qoymuşdu, lakin artıq bu gün ölkədə 9,5 mln. insan yaşayır. Bu gün iqtisadi cəhətdən inkişaf etmiş Bakı və Gəncə şəhərləri ən yüksək demoqrafik göstəricilərə malikdir.
“Azərbaycanda doğum əmsalı Avropada bu sahə üzrə ən yüksək göstəricilərdəndir. Bu gün biz keyfiyyətcə yeni demoqrafik yüksəliş səviyyəsinə malikik. Bu isə əhalinin təbii yolla artımı deməkdir. Yəni iki və daha çox uşağı olan ailələrin sayı artmaqdadır. Demoqrafik vəziyyətin yaxşılaşması dövlətin həyata keçirdiyi kompleks tədbirlər sayəsində mümkün olub. Təhsilin və səhiyyənin keyfiyyətinə xüsusi diqqət ayrılır. Müasir tibb müəssisələri şəbəkəsi inkişaf edir, hamilə qadınlara xidmətin keyfiyyəti yaxşılaşıb. Hamilələrə tibbi yardım xidmətinin müasirləşdirilməsi, Qərb standartlarına uyğun olaraq təchiz edilmiş müasir perinatal mərkəzlərin fəaliyyətə başlaması sayəsində körpə və azyaşlı uşaqlara qulluğun səviyyəsi də yaxşılaşıb”,- deyə səhiyyə nazirinin müavini Elsevər Ağayev bu sahədə müsbət dəyişiklikləri şərh edərkən bildirib.
Bundan başqa, ölkədə ana və uşaq ölümlərinin sayında azalma müşahidə olunur. 2013-cü ildə doğum səviyyəsi 13,9 promildən 18,6 promilə yüksəlib, ölüm səviyyəsi 6 promildən 5,9 promilə enib. Əhalinin təbii artım səviyyəsi 7,9-dan 12,7-yə yüksəlib. Orta ömür uzunluğu 72,3 yaşdan 73,8 yaşa qədər artıb. Bu nailiyyətlər Ümumdünya Səhiyyə Təşkilatının və digər nüfuzlu təşkilatların hesabatlarında öz əksini tapıb.
Lakin Azərbaycanda bebi-bum fenomeni yalnız səhiyyə sistemindəki islahatlarla və tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsi ilə deyil, başqa faktlarla da izah olunur. Hazırkı demoqrafik yüksəliş son illər ölkədə iqtisadi və sosial sahələrdə baş verən müsbət dəyişikliklərlə əlaqədardır. Söhbət əmək haqlarının artması, orta statistik vətəndaşın gəlirlərinin və sosial ödənişlərin həcminin artması, sahibkarlığa dəstək, sosial ipotekanın genişləndirilməsi və s. amillərdən gedir. Bu yaxınlarda beşdən çox uşağı olan ailələrə sosial müavinətlərin təyin edilməsinə başlanılıb. Sözsüz ki, bu tədbirlər vətəndaşlarımızın psixoloji vəziyyətinə müsbət təsir göstərir. İnsanlarda sabitlik hissi yaranıb.
İqtisadiyyat üzrə müstəqil ekspert Oktay Haqverdiyevin sözlərinə görə, dünya təcrübəsi göstərir ki, modernləşən cəmiyyətin energetikasını sosial nikbinlik təşkil edir. Ölkəmizin yüksək inkişaf göstəriciləri, praktiki olaraq dövlətin bütün fəaliyyət sahələrinin təkmilləşdirilməsi və cəmiyyət bu fikri təsdiqləyir.
Məşğulluq səviyyəsinin artması, aztəminatlı ailələrə dövlət yardımı, kiçik biznesə dəstək və sosial xidmətlərin inkişafı cəmiyyətimizdə sosial nikbinliyin əsas amilləridir.
Həm şəhərlərdə, həm də regionlarda əhalinin rifahı yüksəlir. Sosioloji sorğuların nəticələri də belə deməyə əsas verir. Ölkədə iqtisadiyyatın vəziyyətinə verilən ictimai qiymətin ötən illərin nəticələrinə nisbətən daha nikbin olması nəzərə çarpır. Əgər 2010-cu ildə sorğuda iştirak edən respondentlərin 63%-i ölkədəki iqtisadi vəziyyəti yaxşı, 37%-i kafi qiymətləndirmişdisə, bu gün bu göstərici müvafiq olaraq 67% və 33% təşkil edir.
Bu göstəricilər sosial modernləşmə siyasətinin Azərbaycan üçün prioritet təşkil etməsi fikrini təsdiqləyir. Yeri gəlmişkən, ötən həftə Bakı Sağlamlıq Mərkəzinin açılış mərasimində ölkə prezidenti İlham Əliyev bəyan edib ki, sosial sahə 2014-cü ildə də prioritet olaraq qalacaq, belə ki, Azərbaycanın iqtisadi inkişafı, artan iqtisadi potensialı bu sahəyə diqqəti daha da artırmağa imkan verir.
Sosial sahənin gələcək inkişafı üzrə dəqiq istiqamətlər “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da qeyd olunub. Ölkə sosial-iqtisadi müasirləşmə proqramını, geniş makroregional kooperasiya və qlobal əməkdaşlığı inamla həyata keçirir.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət