“Azərenerji” cari ilin sonuna kimi Azərbaycanın regionlarında beş kiçik su elektrik stansiyasının tikintisini başa çatdırmağı planlaşdırır. Bu barədə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev çərşənbə günü Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfransda çıxışında bəyan edib.
“Regionların inkişafına dair iki Dövlət Proqramı çərçivəsində son 10 il ərzində Azərbaycanın elektrik enerjisi sistemində 17 yeni elektrik stansiyası istismara verilib, 10 min kilometrdən çox elektrik verilişi xətləri və 1500-dən çox yarımstansiya inşa edilib və yenidən qurulub. 2006-cı ildən başlayaraq, hər il iki yeni elektrik stansiyası istifadəyə verilib. Nəticədə 2300 meqavatdan artıq yeni generasiya gücləri əldə edilib”, - deyə E.Pirverdiyev qeyd edib.
Onun sözlərinə görə, hazırda Göyçayda gücü 3 meqavat olan kiçik su elektrik stansiyasında işlər başa çatdırılıb.
“2014-cü ilin sonuna kimi Balakən, Oğuz, İsmayıllı və Astara rayonlarında daha beş kiçik su elektrik stansiyasında işlərin başa çatdırılması planlaşdırılır”, - deyə E.Pirverdiyev vurğulayıb.
O, həmçinin məlumat verib ki, “Azərenerji” abonentlərə SMART tipli sayğacların quraşdırılması prosesini davam etdirir.
“İlk dəfə olaraq Gəncə şəhərində ilkin ödənişli SMART sayğacların tətbiqinə başlanılıb. Bundan sonra Şəmkir, Mingəçevir, Şirvan, Bərdə, Yevlax, Lənkəran, Cəlilabad və digər rayonlarda da bu işlər davam etdirilib. Ötən ildən başlayaraq Sumqayıt şəhəri, Abşeron, Sabirabad, İmişli, Saatlı, Kürdəmir, Bərdə, Şamaxı rayonlarında və digər bölgələrdə bu işlər həyata keçirilir”, - deyə E.Pirverdiyev qeyd edib.
Onun sözlərinə görə, hazırda bütün abonentlərin, demək olar ki, hamısı sayğacla təmin olunub. Bu sayğacların təxminən 15%-i SMART tiplidir.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət