Son günlərdə Rusiya ilə meydana gələn münaqişə zəminində Kiyevin müraciət edəcəyi təqdirdə Demokratiya və
İqtisadi İnkişaf Təşkilatına üzv-ölkələri (GUAM) Ukraynanın xahişinə baxacaq. Bu barədə GUAM-ın baş katibi Valeriy Çeçelaşvili bəyan edib.
“Əgər Ukrayna GUAM-a üzv-dövlətlərə yardım üçün müraciət etməyi lazım bilərsə, düşünürəm ki, bu xahiş GUAM-ın nizamnamə sənədlərinin müddəası əsasında təşkilatın müvafiq institutları tərəfindən baxılacaq”, - deyə baş katib “Interfaks-Azərbaycan” agentliyinə bildirib.
Bununla belə, V.Çeçelaşvili Ukraynaya nə kimi yardım lazım ola biləcəyini dəqiqləşdirməyib. Eyni zamanda, o Ukraynadakı gərginliyin qırğına keçməyəcəyinə ümid etdiyini bəyan edib.
“Ümid edirəm ki, münaqişə qızğın mərhələyə keçməyəcək, atəş açılmayacaq və beynəlxalq birliyin köməyi ilə status-kvoya qayıtmaq, Ukraynanın ərazi bütövlüyü və daxili işlərinə müdaxilə etməmək prinsipi əsasında vəziyyətin həllini təmin etmək mümkün olacaq”, - deyə V.Çeçelaşvili vurğulayıb.
Baş katib xatırladıb ki, Gürcüstan XİN başçısı ukraynalı həmkarı ilə ölkədəki vəziyyətlə bağlı telefon danışığı aparıb. Bundan başqa, o qeyd edib ki, təsdiq olunmayan məlumata əsasən, həmçinin Moldovanın xarici işlər naziri Ukraynaya səfər etmək niyyətindədir. Azərbaycana gəlincə isə, V.Çeçelaşvilinin sözlərinə görə, Bakı hər zaman bu cür məsələlərdə qəti mövqeyini bildirir.
“Azərbaycan hər zaman ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınan sərhədlərin pozulmazlığı prinsipi məsələsinə dair əsaslı və qəti mövqeyə malikdir. Prinsip etibarilə, bu səbəbdən bizim Ukraynada baş verən hadisələrlə bağlı yaxşı tarazlaşdırılmış, həmrəy və ardıcıl mövqeyimiz var. Yeri gəlmişkən, həmin mövqe hələ 23 may 2006-cı il tarixində prezidentlərimizin birgə bəyanatında çox aydın şəkildə ifadə olunub. Düşünürəm ki, tərəflər gələcəkdə də bir-biri barəsində bu prinsip əsasında siyasətlərini quracaqlar”, - deyə GUAM-ın baş katibi bildirib.
V.Çeçelaşvili qeyd edib ki, Krımda meydana gələn vəziyyəti xarakterizə etmək çətin deyil, “çünki dövlətin razılığı olmadan ərazisinə digər dövlətin qoşunlarının yeridilməsini daxili işlərə müdaxilədən başqa nə isə adlandırmaq çətindir”.
“Demək, burada söhbət sırf hüquqi qiymət verməkdən gedir. Düşünürəm ki, bununla əlaqədar heç kimin problemi olmamalıdır. Bütün dünya, dünya birliyi bununla bağlı birmənalı şəkildə fikrini bildirib”, - deyə o vurğulayıb.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank birinci rübü 14 milyon manat xalis mənfəətlə yekunlaşdırıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət