Bakı həm estrada, həm də klassik musiqinin sevildiyi yüksək mədəniyyətə malik şəhərdir. Bunu Rusiyanın xalq artisti Valeriya aprelin 17-də Bakıda baş tutacaq konserti ilə əlaqədar keçirdiyi mətbuat konfransında söyləyib.
“Bakı yüksək mədəniyyətə malik şəhərdir, burada klassik, estrada və caz musiqisi eyni səviyyədə başa düşülür və qiymətləndirilir”, - deyə o bildirib.
Valeriyanın sözlərinə görə, onun konsert proqramına lirika, romanslar, köhnə və yeni mahnılar daxil edilib. Həmçinin müxtəlif musiq janrlarının sintezi də gözlənilir.
“Bundan başqa, oğlum Artemiy Şulqin də səhnəyə çıxacaq, o, pianoçudur və klassik əsərlər ifa edəcək”, - deyə müğənni əlavə edib.
Xalq artisti qeyd edib ki, oğlunun 15 yaşı var, istedadlıdır və böyük uğurlar əldə edib. “Artemiy bir çox klassik musiqi müsabiqələrinin laureatıdır və mən onunla fəxr edirəm”.
Yeni layihələr barədə danışan Valeriya gənc müğənni Ruslan Olexno ilə yeni mahnı yazdırdığını bildirib. “Bu mahnıya klipi rejissor Andrey Konçalovski çəkib”,- deyə o qeyd edib.
Bakı barədə təəssüratlarını bölüşən müğənni qeyd edib ki, dekabr ayında paytaxtda olarkən İçərişəhər onda çox böyük təəssürat oyadıb. “Təndir çörəyi, göy qutabı və kabab çox xoşuma gəldi”,- deyə o əlavə edib.
“Bu dəfə biz demək olar ki, bütün ailəmizlə gəlmişik, uşaqlarımız və anam da bizimlə gəlib. Anam Bakıya ilk dəfədir gəlir”, - deyə xalq artisti söyləyib.
Musiqiyə olan sevgisindən bəhs edən müğənni Çaykovski və Raxmaninovun klassik musiqilərinin sədaları altında dincəlməyə üstünlük verdiyini deyib.
“Mən çox dəyişmişəm, əgər əvvəllər klassikaya qulaq asmırdımsa, bu gün yalnız klassik musiqi ilə tam dincələ bilirəm. Bu musiqi mənim ən dərin hisslərimə toxunur”,- deyə musiqiçi bildirib.
“Azərbaycanlı ifaçıların yaradıcılığı ilə çox az tanışam, mən müğənni Sevda Ələkbərzadəni dinləmişəm və çox xoşuma gəlib, bundan başqa, bilirəm ki, sizdə peşəkar muğam ifaçıları var. Ümumiyyətlə muğam ifa etmək böyük ustalıqdır, muğam ifaçıları çox təmiz oxuyur və yüksək səviyyədə improvizə etmək qabiliyyətinə malik olurlar”, - deyə o əlavə edib.
Müğənninin həyat yoldaşı və prodüseri İosif Priqojin qeyd edib ki, tez-tez Qafqaz musiqisinə qulaq asır. Qafqaz mətbəxini sevir, çünki bu, ona yaxındır. “Mən Mahaçqalada doğulmuşam, uşaqlığım orada keçib, buna görə də Qafqaza aid hər şey mənə doğmadır”, - deyə İ.Priqojin bildirib.
“Müasir dünyada bir-birimizə qarşı isti münasibət çatışmır, buna görə də demək istəyirəm ki, mədəniyyət sahəsində mübadilə çox vacibdir və daha sıx əməkdaşlıq etmək lazımdır”,- deyə o vurğulayıb.
Valeriya aprelin 17-də Heydər Əliyev Sarayında çıxış edəcək. Tədbir müğənninin ad gününə həsr olunub. Valeriya Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellasının müşayəti ilə sevilən hitlərini və yeni mahnılarını tamaşaçılara təqdim edəcək.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət