“Azərsu” ASC 2035-ci ilə qədər Abşeron yarımadasında 8100 km uzunluğunda su xətləri çəkməyi planlaşdırır. Bu barədə
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov cümə günü hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilmiş müsahibəsində bildirib.
“2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması sistemləri üzrə Master Plan hazırlanıb. Master Plana uyğun olaraq Abşeron yarımadasında 8100 km su, 6400 km kanalizasiya xətləri və 140 km uzunluğunda kanalizasiya kollektoru çəkiləcək”, - deyə Q.Hüseynov qeyd edib.
Onun sözlərinə görə, bunlarla yanaşı, qarşıdakı illərdə tutumu 650 min kubmetr olan 85 su anbarının, ümumi məhsuldarlığı sutkada 685 min kubmetr olan 7 çirkab sutəmizləyici qurğunun tikintisi və yenidən qurulması nəzərdə tutulur.
Master Plana əsasən, hazırda Bakı şəhəri və Abşeron yarımadasının 40-dək yaşayış məntəqəsində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemlərinin yaradılıması üzrə layihələr reallaşdırılır”, - deyə Q.Hüseynov vurğulayıb.
O, həmçinin qeyd edib ki, hazırda Oğuz-Qəbələ-Bakı su kəməri hesabına bu gün paytaxt sakinlərinin 78%-i fasiləsiz içməli su ilə təmin edilib. Ümumilikdə isə ölkə üzrə xidmət göstərilən əhalinin 55%-i fasiləsiz içməli su ilə əhatə olunub.
“Azərsu” ASC-nin sədri vurğulayıb ki, 2004-2013-cü illər ərzində müxtəlif dövlət proqramlarının həyata keçirilməsi çərçivəsində 5130 km içməli su və 1810 km kanalizasiya xətləri çəkilib.
“Hazırda “Azərsu” ölkənin 24 rayonunda su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması üzrə 350 layihə reallaşdırır”, - deyə Q.Hüseynov əlavə edib.
Ermənilər Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
Bayramov Türkiyənin yeni XİN başçısını təbrik və Azərbaycana səfərə dəvət edib
Ermənistan Rusiya ixracını əvəzləmək üçün silah almaq yollarını tapıb
Qriqoryan: KTMT-yə üzvlüyü Ermənistan üçün problemlər yaradır
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
AccessBank yeni konseptli növbəti filialını təqdim etdi
Yayda Bakıda beynəlxalq kənd təsərrüfatı konfransı keçiriləcək
31 may-3 iyun tarixlərində Bakıda “Caspian Oil&Gas” sərgisi keçiriləcək
Noyabrın sonunda Bakıda Beynəlxalq Bankçılıq Forumu keçiriləcək