Gəncədə rus dili və ədəbiyyatı üzrə respublika olimpiadasının növbəti turu keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə “Rossotrudniçestvo”nun Bakıdakı nümayəndəliyindən məlumat verilib.
Olimpiada Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası tərəfindən təşkil edilib.
Olimpiadada Azərbaycanın qərb bölgəsinin 8 rayonunun və Gəncə şəhərinin 7-8-ci sinif şagirdləri iştirak ediblər.
Olimpiada Gəncə şəhərindəki 5 nömrəli məktəbdə təşkil edilib. Bu məktəb son 1 ildə artıq ikinci dəfədir ki, bu cür tədbirə ev sahibliyi edir.
Məktəbin direktoru Bəhram İmanov, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Valentin Denisov və Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyasının sədri Lyubov Yakunina tədbirə toplaşanlara müraciət ediblər.
V.Denisov bu mühüm tədbirin hazırlanmasına və keçirilməsinə göstərilən diqqət və qayğıya görə Gəncə şəhərinin və ətraf rayonların təhsil orqanlarının rəhbərlərinə təşəkkür edib. O, Gəncə şəhərinin və Azərbaycanın qərb regionunun Rus İcmasının sədri Valeri Kozinin, habelə Azərbaycanda Rusiya (sovet) Ali Məktəblərinin Məzunları Assosiasiyasının rəhbəri Üzeyir Əliyevin bu tədbirə töhfəsini xüsusi qeyd edib.
Gəncə şəhər təhsil şöbəsinin müdiri Zakir Hüseynov və Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun professoru Çingiz Bədəlov da tədbirdə iştirak ediblər.
Rusiyada Mədəniyyət İlinə və böyük rus şairi Mixail Lermontovun anadan olmasının 200 illiyinə həsr edilmiş “Rusiya və Azərbaycan: Dostluq körpüsü” filmi nümayiş etdirilib.
Olimpiadanın final mərhələsi iyunun 6-da – A.S.Puşkinin doğum günündə və Rus Dili Günündə Bakıda keçiriləcək.
A.Zeydullayeva
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət