Yaxın zamanlarda Azərbaycanda aztəminatlı ailələrə ünvanlı sosial yardımın verilmə formatı dəyişdiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) müasir texnologiyalardan geniş istifadəyə üstünlük verərək, həyata keçirilən prosedurların şəffaflığının və obyektivliyinin təmin edilməsi üçün fəal tədbirlər görür
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun sözlərinə görə, bu ilin sonuna qədər ünvanlı sosial yardımın ( ÜSY) təyin edilməsi prosesi avtomatlaşdırılacaq. Bunun üçün xüsusi proqram təminatı işlənib hazırlanır. Bundan başqa, əhaliyə bankomatlar vasitəsilə bu müavinət növünü almaq üçün verilmiş ödəniş kartları dəyişdiriləcək. Bu kartların hazırlanması üçün tender artıq elan edilib və bu tenderdə ölkənin bütün bankları iştirak edə bilər.
Daha bir yenilik: ünvanlı yardım almaq üçün lazım olan sənədlərin siyahısı nazirliyin saytında (www.mlspp.gov.az) yerləşdirilib. Saytın “Ünvanlı sosial yardım almaq üçün sənədlərin siyahısı” bölməsində bu siyahı ilə tanış olmaq olar. Beləliklə, vətəndaşlar internet vasitəsi ilə rayon (şəhər) sosial müdafiə mərkəzlərinə təqdim edilən sənədlər və ünvanlı sosial yardımın verilməsi proseduru barədə qabaqcadan ətraflı məlumat ala biləcəklər.
Azərbaycanda ÜSY mexanizmi təxminən 8 ildir tətbiq edilir. Bu dövr ərzində sözügedən sistem təkmilləşərək bürokratik maneələrdən azad olub. Lakin görünür, ƏƏSMN-in yerli idarələrində bəzi əməkdaşların şəxsində “bədnam insan faktoru”ndan tamamilə azad olmaq mümkün olmayıb. Yoxlamalar göstərib ki, onlar aztəminatlı vətəndaşa məxsus ünvanlı sosial yardımın bir hissəsini mənimsəyiblər, eləcə də saxta sənədlər əsasında öz tanışlarına maddi yardım göstəriblər. Sözsüz ki, bu cür vəziyyət insanlarda mənfi reaksya doğurmaya bilməzdi, vətəndaşlardan nazirliyin aparatına daxil olmuş şikayətlər bundan xəbər verir.
Nazirlikdə yaranmış vəziyyətə ciddi yanaşılaraq operativ tədbirlər görüldü. Şikayətlər xüsusi komissiya tərəfindən diqqətlə araşdırıldı. Bundan başqa, sosial müdafiə mərkəzlərində elektron tablolarda ÜSY alan vətəndaşların siyahısı yerləşdirildi. Nəticə özünü çox gözlətmədi. Sosial yardım alan aztəminatlı vətəndaşlar və bu sosial yardıma ehtyacı olmaya-olmaya onu alan şəxslər aşkar olundu. Saxtakarlıqlarla bağlı materiallar prokurorluq orqanlarına göndərildi, bir sıra sosial müdafiə mərkəzlərinin rəhbərləri məsuliyyətə cəlb olundu, belə faktlara aidiyyəti olan 250-yə yaxın sıravi əməkdaş tutduqları vəzifədən azad edildi. Bundan başqa, qanunsuz şəkildə vətəndaşlara verilmiş 240 min manatdan artıq vəsaitin ÜSY-nin dövlət büdcəsinə qaytarılması təmin edildi.
Sosial müavinətlərin verilmə qrafiki də dəyişib. İndiyə qədər ÜSY ödənişi hər iki aydan bir həyata keçirilirdisə, indi bu ödənişlər aylıq xarakter alıb. Bununla yanaşı, bu pullar ÜSY alan vətəndaşların bank hesablarına yatırılır. Beləliklə, sosial ünvanlı yardımın verilməsində ləngimələr aradan qaldırılıb.
Görülən tədbirlərin səmərəliliyini sübut edən daha bir fakt: nazirliyin qaynar xəttinə daxil olan müraciətlərin sayı azalmaqda davam edir. Bu ilin aprel ayında daxil olmuş şikayətlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 30% azalıb. Ünvanlı yardım, sosial müavinət məsələləri ilə bağlı 400-dən bir qədər çox müraciət daxil olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 23,4% azdır. Müraciətlərin əksəriyyəti sorğu xarakterlidir. Şikayətlər əsasında müvafiq tədbirlər görülüb.
ƏƏSMN-in mətbuat xidmətinin məlumatına əsasən, hazırda Azərbaycanda 140 minə yaxın aztəminatlı ailə ÜSY alır. Bu ailələrdən 40 mindən çoxu çoxuşaqlı ailələrdir. Hər ailəyə verilən ÜSY-nin orta məbləği 128 manat təşkil edir.
ƏƏSMN ölkədəki aztəminatlı ailələrin reabilitasiya prosesini intensivləşdirmək niyyətindədir. Bunun üçün Bakının bir sıra rayonlarında və regionlarda pilot rejimdə “Özünədəstək” layihəsi həyata keçirilir. Mahiyyət etibarilə bu, əhalinin sosial cəhətdən zəif təbəqəsinə göstərilən alternativ yardım formasıdır.
Layihənin reallaşdırılması üzrə aparılan monitorinqin ilkin nəticələri onun səmərəli olduğunu göstərdi. Bu məsələ ilə bağlı Səlim Müslümovun bildirdiyi kimi, sözügedən layihə ənənəvi ÜSY-yə alternativ olaraq ötən ildən həyata keçirilir və müsbət nəticələr verir: layihəyə cəlb edilmiş ailələrin 90%-dən çoxu öz maddi vəziyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb və müavinətə ehtiyacları yoxdur.
“Özünədəstək” layihəsi çərçivəsində yardım alan ailələrə onlara təyin edilmiş ÜSY-nin illik həcmi təqdim olunur. Layihənin məqsədi əhalinin aztəminatlı hissəsinə dəstək göstərilməsi, özünüməşğulluq və kiçik sahibkarlığın inkişafı üçün şəraitin yaradılmasıdır. Bunun üçün layihə iştirakçıları aldıqları vəsaiti kiçik təsərrüfatların yaradılmasına yönəldirlər.
Sevil Rüstəmzadə
Nağıyev: “Fransa Ermənistanı yeni müharibəyə təhrik edir”
Bakı Rasmusseni NATO-nun keçmiş baş katibi statusundan sui-istifadə etməkdə ittiham edir
Dövlət Xidməti və Macarıstan Rəqabət Qurumu arasında Anlaşma Memorandumu imzalanıb
2023-cü ildə Azərbaycanın bank sektorunun xarici borcu 1,8 dəfə artıb
Azərbaycan hökuməti taksi fəaliyyətinə dair yeni tələbləri təsdiqləyib
Azərbaycan sentyabrda Türkiyənin üç şəhərinə ixrac missiyası təşkil edəcək
Yanvar-fevral aylarında İstanbula turist axını 8% artıb
DTX 2023-cü ildə dövlətə xəyanətlə bağlı 27 cinayət işinin ibtidai istintaqını aparıb
“Crocus City Hall”da törədilən terror aktında ölənlərin sayı 143 nəfərə çatıb
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
Azərbaycan “Accor” qrupu üçün əsas inkişaf bazarlarından biridir
NEQSOL Holding Udemy Business ilə tərəfdaşlığa başlayır
Yelo Bank Xocavənddə yaşayan şəhid ailələrini Novruz sovqatları ilə sevindirib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət