Azərbaycan prezidenti İlham Əliyevin 18-19 may 2014-cü il tarixlərində Vyetnama baş tutmuş rəsmi səfəri xüsusi maraq doğurur, çünki bu səfər Azərbaycan rəhbərliyinin xarici siyasət kursunun hazırkı tendensiyasını üzə çıxarır.
Azərbaycan prezidenti hələ 2013-cü ildə Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərin inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdi. Bu region dünyanın ən dinamik və sürətlə inkişaf edən regionlarından biridir, Vyetnam isə artıq neçənci ildir ki, yüksək artım tempi nümayiş etdirir. Görünür, məhz bu fakt ötən il Vyetnamda Azərbaycan səfirliyinin yaradılmasına şərait yaratdı. Bir il keçmədən Azərbaycan prezidenti bu ölkəyə səfər edir və bununla da özünün xarici siyasət kursunun hərtərəfli olmasını nümayiş etdirir.
İ.Əliyevin Vyetnam səfərinin gedişini müşahidə edərkən səfərin baş tutmasını və uğurlu nəticələr əldə edilməsini birmənalı olaraq qeyd etmək olar. Vyetnam rəhbərliyi ilə danışıqlarda bütün sahələrdə ikitərəfli əməkdaşlığın aktivləşdirilməsinin zəruriliyi vurğulanıb. Əslində bu cür münasibətin sirri iki xalqın münasibətlərinin tarixində gizlənir. Vyetnam rəhbərliyi səfər çərçivəsində ölkənin inkişafı və quruculuğunda göstərdiyi köməyə görə Azərbaycan xalqına dəfələrlə minnətdarlığını ifadə edib. Həqiqətən müharibədən sonrakı dövrdə onun ağır nəticələrini aradan qaldırmaq və ölkənin dirçəlməsi üçün Vyetnamda çoxlu azərbaycanlı mütəxəssis işləyib. Bundan başqa, minlərlə vyetnamlı tələbə Azərbaycanın müxtəlif ali məktəblərində təhsil alıb. Vyetnam xalqı isə özünə qarşı yaxşı və xeyirxah münasibəti unutmur və qiymətləndirir. Azərbaycanın ali məktəblərini bitirmiş vyetnamlı məzunlar da səmimiyyət və mehribanlıq nümayiş etdirdilər.
Prezident İlham Əliyev bugünkü ikitərəfli əməkdaşlığın inkişafına məhz iki xalqın tarixi yaxınlığının xidmət etdiyini xüsusi vurğulayıb.
“İnterfaks-Azərbayan” agentliyi Azərbaycanın Vyetnamdakı səfirliyinə müraciət edərək səfər zamanı imzalanmış sənədlər və onların Azərbaycan-Vyetnam münasibətlərinin bundan sonrakı inkişafında rolu barədə məlumat verməyi xahiş edib.
Səfirlikdən bildirilib ki, səfər çərçivəsində 2 sənəd - ticari-iqtisadi və elmi-texniki əməkdaşlığa dair hökumətlərarası saziş və ikiqat vergitutmanın aradan qaldırılmasına dair hökumətlərarası saziş imzalanıb.
Səfirlikdən o da bildirilib ki, birinci sənəd iki ölkə arasında ticari-iqtisadi və elmi-texniki əməkdaşlığın hüquqi çərçivəsinin müəyyənləşdirilməsi ilə yanaşı, İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılmasını da nəzərdə tutur ki, bu da ölkələr arasında tərəfdaşlığın genişlənməsi yolunda vacib addım hesab olunur.
İkinci sənədə gəlincə, qeyd edilib ki, bu, ticari-iqtisadi əməkdaşlığın inkişafı üçün lazım olan baza sənədlərindən biridir.
Səfirlik səfərin ən yüksək səviyyədə keçdiyini, Vyetnamın 12 mətbu nəşri və 15 elektron xəbər resursunda ətraflı işıqlandırıldığını bildirib.
Beləliklə, artıq qeyd edildiyi kimi, ötən il Azərbaycanın Vyetnamda səfirliyi, hər iki dövlətin parlamentlərində dostluq qrupları yaradılıb, Azərbaycan prezidentinin Vyetnama rəsmi səfəri həyata keçirilib və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın yaradılması barədə razılıq əldə edilib.
Azərbaycan-Vyetnam əməkdaşlığının inkişaf dinamikası respublika rəhbərliyinin düzgün qurulmuş xarici siyasi kursunun ardıcıllığını bir daha nümayiş etdirdi.
Fərdin İsazadə
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Boston Consulting Group: Azərbaycan dünya enerji təhlükəsizliyində əsas rol oynayacaq
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
AccessBank BMT-nin Qlobal Sazişinə qoşulub
AccessBank 2024-cü ilin 1-cü rübü üzrə maliyyə nəticələrini açıqlayıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət